Azərbaycanda istifadəyə verilmiş yaşayış evlərinin ümumi sahəsi AÇIQLANDI
Bu ilin yanvar-mart aylarında Azərbaycanda istifadəyə verilmiş yaşayış evlərinin ümumi sahəsi ötən ilin analoji dövrü ilə müqayisədə kəskin azalıb, təkcə mart ayında isə artıb.
Valyuta.az Dövlət Statistika Komitəsinin yaydıı hesabata əsasən bildirir ki, bu dövrdə ölkədə ümumi sahəsi 481,8 min kvadrat metr təşkil edən yaşayış evləri istifadəyə verilib. Bu, illik ifadədə 46,4% azdır. Belə ki, ötən ilin yanvar-martında ölkədə istifadəyə verilmiş yaşayış evlərinin ümumi sahəsi 899,6 min kvadrat metr təşkil edib.
Təkcə mart ayında ölkədə istifadəyə verilmiş yaşayış evlərinin ümumi sahəsi aylıq ifadədə 49,5% artaraq 207,8 min kvadrat metr təşkil edib.
Xatırladaq ki, cari ilin yanvar-mart aylarında yaşayış evlərinin tikintisinə 205,2 mln. manat vəsait yönəldilib, bu da illik ifadədə 29,1% azdır.
Qeyd edək ki, 2020-ci ildə ölkədə ümumi sahəsi 4 957,2 min kvadrat metr təşkil edən yaşayış evləri istifadəyə verilib. Bu da, əvvəlki illə müqayisədə 47,6% azdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay