Statistika
27.04.2021 / 13:00
DANX bu il büdcəyə nə qədər vəsait ödəyib? – AÇIQLAMA
11511
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) 2021-ci ilin I rübü ərzində beynəlxalq avtomobil daşımaları həyata keçirən yerli daşıyıcılara 25 517 ədəd “İcazə” blankı verib.
Valyuta.az-ın verdiyi xəbərə görə, DANX-ın 2021-ci ilin I rübü üzrə görülən işlər barədə rüblük hesabatında bu barədə qeyd edilib.
Məlumata görə, verilmiş “İcazə” blankının nəticəsində dövlət büdcəsinə 1 mln 166 min 982 manat dövlət rüsumunun ödənilməsi təmin edilib.
Xatırladaq ki, 2020-ci ildə Azərbaycanda beynəlxalq avtomobil daşımalarını həyata keçirən yerli avtodaşıyıcılara 97 031 ədəd “İcazə” blanklarının verilməsi nəticəsində dövlət büdcəsinə 3 mln 532 min 866 manat dövlət rüsumu ödənilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay