Əsas kapitala yönəldilmiş ümumi vəsait necə sərf olunub? - HESABAT
Bu il ərzində əsas kapitala yönəldilmiş ümumi vəsaitin 65,9 faizi sənaye, 15,9 faizi tikinti sahələrinə sərf olunub.
Dövlət Statistika Komitəsindən Valyuta.az-a bildirilib ki, hesabat dövrü ərzində ümumi vəsaitin 8,2 faizi nəqliyyat və anbar təsərrüfatına yönəldilib.
Bunun 4,5 faizi peşə, elmi və texniki fəaliyyətə sərf olunub.
Eyni zamanda, hər birində 1,4 faiz olmaqla kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq və ticarət, nəqliyyat vasitələrinin təmirinə xərclənib.
Ümumi vəsaitin 1,3 faizi informasiya və rabitə, hər birində 0,4 faiz olmaqla maliyyə və sığorta fəaliyyəti, təhsil, hər birində 0,2 faiz olmaqla inzibati və yardımçı xidmətlərin göstərilməsi, dövlət idarəetməsi və müdafiə, sosial təminat, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi sahələrinə sərf edilib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay