Statistika
22.04.2021 / 14:45
Ölkədə dövriyyədə olan nağd pulları cüzi artıb – AMB
11281
Cari ilin 3 ayı ərzində Azərbaycan daxilində dövriyyədə olan nağd pulların məbləği 34 milyard 583,6 milyon manat təşkil edib.
Valyuta.az Mərkəzi Bankın yaydığı hesabata əsasən bildirir ki, ötən ilin müvafiq dövründə bu məbləğ 33 milyard 722,6 milyon həcmində olub.
Aydın olur ki, bir il ərzində dövriyyədə olan nağd vəsaitlərin həcmi çox cüzi, yəni cəmi 861 milyon manat artıb.
Qeyd edək ki, cari dövrdə dövriyyədə olan nağd pul kütləsinin pul bazasına nisbəti 240,8 faiz səviyyəsində olub. Ötən ilin analoji dövründə isə bu nisbət 240,7 faiz təşkil edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay