Azərbaycanda ÜDM istehsalında cüzi artım olub - MƏRKƏZİ BANK
Azərbaycanın ümumdaxili məhsul (ÜDM) istehsalında cüzi artım baş verib.
Valyuta.az Azərbaycan Mərkəzi Bankının yaydığı hesabata əsasən xəbər verir ki, cari ilin mart ayında ÜDM istehsalını həcmi 18 milyard 921,5 milyon manat olub ki, bu da ümumi göstəricidə 98,7 faiz artım deməkdir.
Ötən ilin müvafiq dövründə ÜDM istehsalı 17 milyard 928,1 milyon manat həcmində olub. BU da onu göstərir ki, bir il ərzində cüzi, yəni 993,4 milyon manat və ya 5,54 faiz artım müşahidə olunub.
Qeyd edək ki, cari ilin ilk üç ayı ərzində ÜDM istehsalının ümumi həcmi 37 milyard 197,3 milyon manat həcmində təşkil edib. Bu göstərici ötən ilin müvafiq dövrü isə bu həcm 37 milyard 079 milyon manat səviyyəsində olub. Hesablamalar göstərir ki, ölkədə ÜDM istehsalında cəmi 118,3 milyon manat olmaqla cüzi artım baş verib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay