"EVRASCON"un xalis mənfəəti 5 dəfədən çox azalıb
Avro-Asiya İnşaat Korporasiyası – “EVRASCON” ASC 2019-cu ili 2,719 milyon manat xalis mənfəətlə başa vurub.
“Report” səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci ilə nisbətən 80,4% və yaxud 5,1 dəfə azdır.
2019-cu ildə “EVRASCON”un əsas əməliyyat gəlirləri 102,333 milyon manat (2018-ci illə müqayisədə təxminən 40% az), satışının maya dəyəri 96,133 milyon manat (18,4% az), sair əməliyyat gəlirləri 5,188 milyon manat (10,1% çox), inzibati xərcləri 834 min manat (71,7% az), maliyyə gəlirləri 1,21 milyon manat (1 il əvvəl olmayıb), maliyyə xərcləri 8,365 milyon manat (1 il əvvəl olmayıb), mənfəət vergisi ödəmələri isə 680 min manat (80,4% az) təşkil edib.
2020-ci il yanvarın 1-nə “EVRASCON”un aktivləri 447,5 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 0,8% çoxdur. Hesabat dövründə səhmdar cəmiyyətinin öhdəlikləri 1,8% artaraq 431,664 milyon manata çatıb, balans kapitalı isə 20,7% azalaraq 15,836 milyon manata, o cümlədən nizamnamə kapitalı 0,5% azalaraq 375 min manata düşüb.
Xatırladaq ki, “EVRASCON” 1968-ci ildə Bakıda SSRİ-nin Nəqliyyat Tikintisi Nazirliyi yanında “Mostootryad-100” adı ilə yaradılmış tikinti müəssisəsinin bazasında 2001-ci ildə “Azərkörpü” adı ilə təşkil edilib, 2003-cü ildə rebrendinq edib, hazırda Azərbaycanın aparıcı inşaat şirkətidir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay