Neft hasilatı azalıb, qaz hasilatı isə... – Nazirlik
2021-ci ilin I rübü üzrə Azərbaycanda təxminən 8,8 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Neft (kondensatla birlikdə) hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən, 552 min ton az olub.
Energetika Nazirliyindən Valyuta.az-a verilən məlumata görə, bu dövrdə respublika üzrə neft hasilatının 5,9 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 959 min tonu (kondensat) “Şahdəniz”in payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 1,9 milyon ton təşkil edib.
Hesabat dövründə təxminən 7,3 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 6,9 milyon tonu konsorsium, 370 min tonu isə SOCAR-ın payına düşür. Neftin (kondensatla birlikdə) ixraca nəqli 2020-ci ilin müvafiq dövrünə nisbətən, təxminən 320 min ton, yəni 4 faiz azdır.
Cari ilin yanvar-mart aylarında ölkədə 10,4 milyard kub metr qaz hasil edilib. Qazın 3,4 milyard kub metri AÇG-dən, 5,1 milyard kub metri “Şahdəniz” yatağından, 1,9 milyard kub metri isə SOCAR tərəfindən hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən 4 faiz, yəni 407 milyon kub metr artımla qaz hasil edilib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay