Sahibkarlıqda qadınların rolu artır - STATİSTİKA
Azərbaycanda fərdi sahibkarlıqla məşğul olanların 78,7 faizini kişilər, 21,3 faizini isə qadınlar təşkil edib.
Dövlət Statistika Komitəsindən Valyuta.az-a verilən xəbərə görə, qadınlar “Digər sahələrdə xidmətlərin göstərilməsi” fəaliyyət növündə mövcud sahibkarların ümumi sayının 31,0 faizini, “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq” fəaliyyət sahəsində 23,8 faizini, “Ticarət; nəqliyyat vasitələrinin təmiri” fəaliyyət sahəsində isə 20,8 faizini təşkil edir.
Sahibkar qadınların 30,7 faizi Bakıda, 17,9 faizi Aran, 16,1 faizi Gəncə-Qazax, qalanları isə digər iqtisadi rayonlarda qeydiyyatdan keçib.
Fərdi sahibkarların cins tərkibinin regionlar üzrə say bölgüsündən aydın olur ki, Bakıda (23,4%), Gəncə-Qazax (24,9%), Naxçıvan Muxtar Respublikası (22,5%) və Lənkəran (21,6%) iqtisadi rayonlarında qadın sahibkarların payı ölkə üzrə orta göstəricidən yuxarıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay