Cari ildə dövlət büdcəsinə daxilolmaların həcmi AÇIQLANDI
2021-ci ilin yanvar-fevral aylarında dövlət büdcəsinin gəlirləri Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondunun daxilolmaları da nəzərə alınmaqla, 4 milyard 29 milyon manat, xərcləri isə 3 milyard 469 min manat təşkil edib.
Dövlət Statistika Komitəsindən Valyuta.az-a verilən xəbərə görə, daxilolmaların 21,3 faizi əlavə dəyər vergisi, 13,3 faizi hüquqi şəxslərin mənfəət (gəlir) vergisi, 4,7 faizi xarici iqtisadi fəaliyyətlə bağlı vergilər, 4,4 faizi fiziki şəxslərin gəlir vergisi, 3,5 faizi aksizlər, 1,4 faizi sadələşdirilmiş vergi, 1,5 faizi vergilərin digər növləri, 49,9 faizi isə vergi olmayan gəlirlər hesabına təmin edilib.
Büdcə vəsaitlərinin 26,5 faizi müdafiə və milli təhlükəsizlik tədbirlərinin, 22,4 faizi sosial müdafiə və sosial təminatın, 19,6 faizi təhsil və səhiyyənin, 11,2 faizi ümumi dövlət xidmətlərinin, 6,8 faizi məhkəmə hakimiyyəti, mühafizə və prokurorluq sahələrində fəaliyyətin, 13,5 faizi isə digər sahələrin maliyyələşdirilməsinə xərclənib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay