Ölkədə əhalinin sayı 10 miyon nəfəri ötdü - STATİSTİKA
İlin əvvəlindən ölkə əhalisinin sayı 7994 nəfər və ya 0,1 faiz artaraq 2021-ci il mart ayının 1-i vəziyyətinə 10 milyon 127 min 127 nəfərə çatıb.
Dövlət Statistika Komitəsindən Valyuta.az-a verilən məlumata görə, əhalinin 53,0 faizini şəhər, 47,0 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.
Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin ilk iki ayı ərzində 20984 doğulan körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 13,0 təşkil edib.
Doğulanların 53,2 faizi oğlan, 46,8 faizi isə qız uşaqlarıdır. Körpələrdən 510-u əkiz, 9-u isə üçəm doğulanlardır.
2021-ci ilin yanvar-fevral ayları ərzində ölkədə 13 min 338 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 8,2 təşkil edib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay