Azərbaycanda neft və qazın hasilatında artım BAŞ VERİB
2021-ci ilin birinci rübündə SOCAR tərəfindən 1,9 milyon tondan çox neft, 1,9 milyard kubmetrdən çox qaz hasil olunub.
SOCAR-dan Valyuta.az-a verilən məlumata görə, ölkə üzrə ümumilikdə 8,8 milyon tona yaxın neft və 10,4 milyard kubmetrdən çox qaz hasil edilib.
Qaz hasilatında artım ilin birinci rübündə davam edib. Müvafiq dövrdə şirkət üzrə 7 min metrə yaxın qazma işləri həyata keçirilib.
2021-ci ilin 1-ci rübündə 5 milyard kubmetrdən artıq qaz ixrac edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 45% çoxdur. Qaz ixracının artımı əsasən TAP boru kəmərinin istismara verilməsi ilə bağlıdır.
Şirkətin Azərbaycandakı emal kompleksində 1,4 milyon tondan çox neft, 1,1 milyard kubmetrdən çox təbii qaz emal olunub. Rüb ərzində SOCAR-ın Azərbaycandakı müəssisələrində istehsal olunmuş 669 min tona yaxın neft, neft-kimya və qaz-kimya məhsulu xarici ölkələrə ixrac edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 25% artım əldə edilib ki, buna da əsasən dizel, bitum, koks, sürtkü yağları və neft-kimya məhsullarının ixracı hesabına nail olunub.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay