Statistika
16.04.2021 / 13:15
Yanvar-fevral aylarında əmək haqları 2,8 faiz azalıb - RƏSMİ
10922
2021-ci ilin yanvar-fevral aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 692,3 manat təşkil edib.
Valyuta.az Dövlət Statistika Komitəsinin yaydığı hesabata əsasən bildirir ki, bu göstərici 2020-ci ilin müvafiq dövrünə nisbətən 2,8 faiz az olub.
Əməkhaqqı neft-qaz sektorunda 3 182 manat, qeyri neft-qaz sektorunda 640,0 manat təşkil edib.
Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 613,8 manat, özəl müəssisələrdə isə 788,0 manat olub.
Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay