Azərbaycanda işləyən əhalinin sayı AÇIQLANDI
2021-ci il aprelin 1-i vəziyyətinə əsasən, iqtisadi fəal əhalinin sayı 5 milyon 260 min nəfərdən çox olub.
Dövlət Statistika Komitəsindən Valyuta.az-a verilən xəbərə görə, onlardan 4890,4 min nəfərini məşğul əhali təşkil edib.
Cari il martın 1-i vəziyyətinə görə, muzdla çalışan işçilərin sayı 1 milyon 678 min nəfərdən çox, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 915 min 500 nəfər, qeyri-dövlət sektorunda isə 763 min nəfər təşkil edib.
İqtisadiyyatın neft-qaz sektorunda 33 min 200 nəfər, qeyri neft-qaz sektorunda isə 1 milyon 645 min nəfərdən artıq işçi çalışıb. Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 23,5 faizi məhsul istehsalı sahələrində, o cümlədən 7,4 faizi emal sənayesində, 7,3 faizi tikintidə, 3,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 2,0 faizi mədənçıxarma sənayesində, 1,7 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 1,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olub.
Xidmət sahəsində işləyənlərin 19,7 faizi təhsil, 18,5 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,3 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,7 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 5,3 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 4,5 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 3,2 faizi istirahət, əyləncə və incəsənət, 1,7 faizi informasiya və rabitə, 1,7 faizi maliyyə və sığorta fəaliyyəti, 1,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,1 faizi digər sahələrdə xidmətlərin göstərilməsi və 1,0 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahələrində çalışıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay