Ötən il Naxçıvanda nə qədər sənaye məhsulu istehsal olunub? - STATİSTİKA
2020-ci ildə Naxçıvan Muxtar Respublikasında 1 milyard 40 milyon 475 min 900 manat dəyərində sənaye məhsulunun istehsalı qeydə alınıb.
Valyuta.az xəbər verir ki, MR-nın Dövlət Statistika Komitəsinin yaydığı hesabatda, bu göstəricinin 2010-cu ildəki müvafiq göstəricidən 3,3 dəfə çox olduğu bildirilir.
Bu dövrdə sənaye məhsulunun 6,6 faizi dövlət sektorunda, 93,4 faizi qeyri-dövlət sektorunda istehsal edilmişdir. 2010-cu ildə isə bu göstəricilər müvafiq olaraq 12,3 və 87,7 faiz təşkil edib.
Ötən ildə ümumi daxili məhsulun sahə strukturunda sənaye 27,6 faizlik payla ilk yerdə təmsil olunub. 2010-cu ildə isə ümumi daxili məhsulun sahə strukturunda sənayenin payı 18,3 faiz təşkil edib və sıralamada 3-cü yerdə olub.
Ötən ildə hər bir nəfərə düşən sənaye məhsulu 2 milyon 259 min manat təşkil edib ki, bu da 2010-cu ildəki göstəricidən 2,9 dəfə çoxdur. Sənaye məhsulunun 0,1 faizi mədənçıxarma sənayesində, 0,4 faizi su təchizatı; çirkli suların və tullantıların təmizlənməsi, 6 faizi elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat müəssisələrində və 93,5 faizi emal sənayesində istehsal olunub.
Emal sənayesində qeydə alınmış məhsul istehsalı 2010-cu ildəki müvafiq göstəricini 3,5 dəfə üstələyib. Emal sənayesi kənd təsərrüfatından və mədənçıxarma sənayesindən əldə edilən məhsulların işlənildiyi və istifadəyə hazır vəziyyətə gətirildiyi sahə olub məşğulluğun təmin edilməsində mühüm yer tutur.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay