Statistika
04.04.2021 / 12:21
Bu il Azərbaycanda sənaye istehsalı artacaq - Dünya Bankı
10229
Dünya Bankı 2021-ci ildə Azərbaycanda sənaye istehsalının 2,8% artacağını proqnozlaşdırır.
Bu barədə "APA-Economics" Dünya Bankının region üzrə dərc olunmuş yeni hesabatına istinadən xəbər verir. Qeyd olunub ki, 2022-ci ildə sözügedən sektorda böyümə tempi artaraq 3,3% təşkil edəcək, 2023-cü ildə isə 2%-dək yavaşlayacaq.
Qeyd edək ki, 2020-ci ildə COVID-19 pandemiyası fonunda Azərbaycanda 37,059 mlrd. manat dəyərində sənaye məhsulu istehsal olunub ki, bu da 2019-cu il ilə müqayisədə 5% azdır. 2021-ci ilin yanvar-fevral aylarında isə Azərbaycanda 7,091 mlrd. manatlıq sənaye məhsulu istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4% azdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay