Ölkədə əmək pensiyalarının sığorta hissəsi artırılıb - STATİSTİKA
Ölkədə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq, 2021-ci ilin 1 yanvar tarixindən bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilərək artırılıb.
Dövlət Statistika Komitəsindən Valyuta.az-a bildirilib ki, bu proseslər ölkədə pensiyaçıların sosial müdafiəsini daha da gücləndirmək məqsədilə “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 5 fevral tarixli 2491 nömrəli Sərəncamı ilə həyata keçirilir.
Bununla yanaşı, əhalinin sosial müdafiəsinin təmin edilməsi məqsədi ilə ayrı-ayrı kateqoriyadan olan şəxslərə müxtəlif növ aylıq sosial müavinətlər təyin edilir.
Belə ki, cari dövrdə yaşa görə müavinət alanların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə artaraq 100,2 min nəfər olub. Belə ki, ötən dövrdə 82,4 min təşkil edib.
Qeyd edək ki, yanvar ayında əlilliyə görə - 182,5 min (müvafiq olaraq 180,5 min) nəfər, ailə başçısını itirməyə görə - 49,2 min (47,0 min) nəfər, sağlamlıq imkanları məhdud olduğuna görə müavinət alan 18 yaşadək uşaqların sayı 52,7 (63,0 min) min nəfər, digər müavinətləri alanların sayı isə 27,2 ( 28,3 min) min nəfər olub.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay