"Clubhouse" 1 milyard dəyərə sahib oldu
Yalnız səsli söhbət imkanı təqdim edən "Clubhouse" sosial şəbəkəsi sürətlə böyüməyə davam edir.
İnsanları yalnız dəvətnamə ilə qəbul edən "Clubehouse" artıq 2 milyon istifadəçi sayını keçib. Son araşdırmalara görə tətbiq 100 milyon gəlir əldə etməyi bacarıb. Bununla startapın bazar dəyəri 1 milyard ABŞ dolları olub.
Yalnız iPhone-larda aktiv olan sosial şəbəkənin android versiyasınının olacağı barədə məlumat verilməyib.
Mütəxəssilərin fikrinə görə, şirkət öz aktuallığını saxlamaq və audioriyasını daha da böyütmək üçün ən tez zamanda android verisyanı istifadəçilərə təqdim etməlidir.
Musiqi, kino, incəsənət, texnologiya və iqtisadiyyat kimi mövzuların müzakirə olunduğu bir çox söhbət otağının olduğu platforma gəlirini ianə, bilet satışı və abunəlik ilə əldə etmək istəyir.
//techland.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay