BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.7647
  • RUB
    1.6236
  • TRY
    0.0485
  • GBP
    2.1397
61808

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı və Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Texnologiya Universitetinin birgə tərəfdaşlığı ilə “III Aqrar İnnovasiya və Startaplar” Forumu keçirilib. Forum aqrar startapçıların innovativ həll və texnologiyalarının nümayişindən ibarət sərgi bölməsindən və rəsmi hissədən ibarət olub.

Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, sonra Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş nitqi ilə açan kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən kənd təsərrüfatının inkişafının prioritet elan edilməsi, çoxşaxəli dövlət dəstəyi sisteminin yaradılması və ardıcıl olaraq genişləndirilməsi aqrar sahənin uzunmüddətli dinamik inkişafını təmin edir. Nazir qeyd edib ki, iqtisadiyyatın digər sahələrində olduğu kimi kənd təsərrüfatında da innovasiyaların tətbiqi, mütərəqqi həllər və texnologiyalardan daha geniş istifadənin təmin olunması istiqamətində zəruri tədbirlər həyata keçirilir. Kənd təsərrüfatında innovasiyaların tətbiqi aqrar sahədə torpaq və su resurslarını qorumağa və onlardan səmərəli istifadə etməyə əlverişli imkan yaradır, məhsuldarlığı artırır, ətraf mühitin mühafizəsi işinə mühüm töhfələr verir. 

Ölkədə aqrar sahənin inkişafı ilə bağlı aparılmış ardıcıl və sistemli islahatların davamı olaraq Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü və Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə startapların xarici bazarlara çıxışını asanlaşdırmaq üçün müxtəlif layihələr icra olunur, aqrar startapçıların iqlim dəyişikliyinə adaptasiya edən torpaq və resursqoruyucu yeni texnologiyalar, nəmlik qoruyucu innovativ yeniliklər və ağıllı həllərinin beynəlxalq və yerli şirkətlərə, sahibkarlara və geniş kütləyə nümayiş etdirilməsinə şərait yaradılır. Aqrar innovasiyaların gənclər arasında təbliği və təşviqi məqsədilə müsabiqə, yarışma və hakatonlar təşkil olunur. 

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov isə vurğulayıb ki, aqrar startaplar kənd təsərrüfatında rəqabət qabiliyyətini artırmaq üçün böyük potensiala malikdir. Onun sözlərinə görə, startaplar texnologiyaları və kreativ həlləri ilə aqrar sektorun inkişafına töhfə verirlər. Orxan Məmmədov KOBİA-nın aqrobiznesi prioritet sahə kimi diqqətdə saxladığını, bu sahənin nümayəndələri  üçün müasir çağırışlara uyğun təlimlərin təşkil olunduğunu, məsləhət xidmətləri göstərildiyini, Agentlik tərəfindən onlara “Startap” şəhadətnaməsinin verildiyini və qrant dəstəyi göstərildiyini diqqətə çatdırıb. 

Tədbirdə çıxış edən Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov, Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov ölkəmizdə aqrar startap ekosisteminin inkişafı ilə bağlı fikirlərini bölüşüblər. Natiqlər bugünkü forumun aqrar startapçılar və inkubasiya, akselerasiya mərkəzləri arasında əlaqələndirici rol oynadığını, startapların əhatə dairəsinin və xarici bazarlara çıxış imkanlarının artırılmasına birbaşa təsirinin olacağını vurğulayıblar. 

Çıxışlardan sonra aqrar startaplar haqqında videoçarxlar nümayiş olunub. Forum günün ikinci yarısında panel müzakirələr ilə davam edib. Panellərdə “Aqrar startaplar ekosisteminin inkişafı”, “Aqrar sektorda tətbiq olunan mütərrəqi texnologiyalar”, “Ağıllı əkinçilik və gələcəyin dəqiq kənd təsərrüfatı uğur qazanmış startaplar” mövzularında müzakirələr aparılıb.

Forumun sərgi hissəsində müxtəlif müsabiqə və yarışların qalibləri olan startapçılar tərəfindən plastik tullantıların təkrar emalından hazırlanmış səki daşları, alternativ enerji mənbələrindən alınan bioqaz, hidrogen qazı, ağıllı istixanalar üçün idarəetmə sistemi, lazer sistemi vasitəsilə sahələri alaq otlarından təmizləyən aqrorobot,  iqlim stansiyaları, süni intellekt tətbiq olunmuş suvarmanı idarəetmə sensorları, heyvandarlıq təsərrüfatları üçün ağıllı tasma, cərgəarası aqrorobot, zərərvericiləri dedektəedən cihaz, qəza olan fazanı müəyyən edən cihazlar sərgilənib. Həmçinin, yerli şirkət nümayəndələri tərəfindən kənd təsərrüfatı təyinatlı pilotsuz uçuş aparatları, zərərvericilərin populyasiyasını müəyyən edən iqlim stansiyaları şirkətlərin innovativ fəaliyyətləri barədə təqdimatlar keçirilib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Səhm bazarı və kriptovalyutalarda kəskin ucuzlaşmanın səbəbi nədir?

DGK 243 minlik geyim alır

"Android 16" alacaq telefonlar və onların xüsusiyyətləri (SİYAHI)

Prezident Zaur Hüseynovu vəzifəsindən azad etdi: Yeni təyinat

Trampın komandası "kölgə prezident Mask" iddiasına cavab verdi

WP: Tənqidçilər İlon Maskı ABŞ-ın "kölgə prezidenti" adlandırır

Dövlət Məşğulluq Agentliyinin 1,5 milyonluq tenderi ləğv edildi

Fırıldaqçılıqdan qorunmaq üçün "Chrome" brauzerinə yeni funksiya əlavə edildi

"Sahil Trading"lə "Ümid Retail" arasında nə baş verib?

"BlackRock"un xəbərdarlığı "Bitcoin" icmasını qarışdırdı - ŞƏRH

"BlackRock"un xəbərdarlığı "Bitcoin" icmasını qarışdırdı - ŞƏRH

Bill Qeytsdən qorxulu "gələcək" proqnozu: Yalnız bu 3 peşə olacaq

Bakı Metropoliteni 948 minə avadanlıq alır

TuranBank ağacəkmə aksiyası təşkil edib®

Ağıllı üzüklər hazırlayan “Oura” 125 milyon dollar investisiya alıb

Bir neçə saniyədə geyimi, fonu və ümumi görünüşü dəyişmək olacaq - “Instagram”da yenilik

Xankəndidə Zəfər Parkı salınacaq - 2,9 milyonluq söküntüyə başlanılır

Elvin Məmmədov müşavir təyin olundu

Azərbaycanın BMT yanında yeni daimi nümayəndəsi təyin edilib

Ambulator müalicə dərmanları icbari tibbi sığorta təminatına alınıb

"Silk Vey Vest" 20 milyon dollar borc axtarır

"Silk Vey Vest" 20 milyon dollar borc axtarır

Azərbaycanın bir neçə ölkədəki səfiri geri çağırıldı

Bu metrostansiyanın tikintisi dayandırılıb - Pula görə...

İnvestisiya layihələri dəyərinə görə təsnifləşdiriləcək

İlham Əliyev “Tibbi sığorta haqqında” qanuna dəyişikliyi təsdiqləyib

Bu şəxslərə 6 000 manat birdəfəlik müavinət veriləcək

III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib

Direktor olmaq istəyən xanımın 98 min manatını mənimsədilər - TƏFƏRRÜAT

11 ayda Azərbaycanın qeyri-neft ixracı 3 milyard dollar olub

Ağalı kənd məktəbinə yeni direktor təyin olunub

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin