Azərbaycanlı xanım ABŞ startapının CEO-su oldu
Azərbaycanda keçirilən “IDDA Awards” müsabiqəsində “İKT-də ilin qadını” nominasiyasının qalibi Səmayə Həbibova 12 il ərzində innovasiyalarda öncül rol oynamış "Swift Invention" şirkətinin yeni CEO-su olaraq işə başlayıb.
Valyuta.az xəbər verir ki, bu haqda o, sosial şəbəkə hesabında paylaşım edib. O, E-LEGAL startapının - Azərbaycanda hüquq xidmətlərini elektronlaşdıran ilk portalın təsisçisidir.
S.Həbibova ilk dəfə hüquqşünas köməkçisi və kiçik hüquqşünas kimi çalışmağa başlayıb. Daha sonra “PAŞA Həyat”da hüquqşünas, Dövlət Neft Fondunda baş hüquq məsləhətçisi olub. Daha sonra E-LEGAL şirkətini yaradıb.
Səmayə Həbibova E-LEGAL-la birgə Amerikada, İrlandiyada, Belaruskda, Böyük Britaniya kimi ölkələrdə keçirilən müxtəlif startapların tədbirlərində Azərbaycanı təmsil edib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay