BAKU Azərbaycan
7.03°C
  • USD
    1.7
  • EUR
    1.7969
  • RUB
    1.5741
  • TRY
    0.049
  • GBP
    2.1606
56819

İndiyə qədər 10-a yaxın startapı olub. Deyir ki, həmin layihələrin hər biri ona fərqli təcrübə qazandırıb. Nəticədə öyrəndiklərini hazırkı layihəsində tətbiq edir. Söhbət KidFi startapının həmtəsisçisi Asif İbrahimovdan gedir.

Layihəsi ilə bağlı Valyuta.az-a danışan A.İbrahimov bildirdi ki, idman, təhsil, psixologiya və.s kimi fərqli sahələrdə startapları olub: “İlk startapım oyun sahəsində idi. Bu sahədə olan boşluğu və insanların buna olan marağını görüb təşkil etmişdim. Həmin startap uğurlu oldu və onu dövlətə satmışdıq. Digər startaplarım isə ölkədə rəqəmsallaşma o qədər aktiv olmadığı üçün alınmamışdı. Burada problem də yoxdur. Düşünürəm ki, startaplarda uğursuz olmaq mütləqdir. Uğursuzluq sizə növbəti startapınızda nələri edib, etməməli olduğunuzu göstərir”.

“Maliyyə savadlılığı isə uşaq yaşlarından qazanılmalıdır”

Müsahibimiz əvvəlki startaplarında öyrəndiklərindən də danışdı: “İlk növbədə bu sahəyə uyğun olan, startap və investisiya nə olduğunu anlayan, startapın aid olduğu sahədən anlayışı olan təsisçi seçməli olduğumu öyrəndim. Daha sonra komanda ilə bağlı təcrübə qazandım. Uğurlu startap üçün eyni düşüncəyə, fərqli bacarıqlara, xüsusiyyətlərə malik insanları komandada toplamaq məqsədəuyğundur. Həmçinin startapları maksimum öz hesabına etməli olduğunun vacibliyini də öyrəndim. İnvestorlar səni dərhal nəticə göstərməyə təşviq edir, ancaq nəticə dərhal olmur. Dərhal nəticə əldə etməyə fokuslanmaq sənin ağlında olan uğurlu startapı qurmağa mane olur”.

A.İbrahimovun sözlərinə görə, “KidFi”platforması ictimaiyyətin ən böyük problemlərindən biri olan maliyyə savadlığını öyrətməyə və aşılamağa kömək edir: “Maliyyə savadlılığı isə uşaq yaşlarından qazanılmalıdır. Düzgün bünövrə olduqca insan zamanla özünü inkişaf etdirir. Orta təhsil müəssisələrində bizdə maliyyə savadlılığı tədris olunmur. Nəticədə həmin şəxslər pullarını idarə edə bilmirlər, yaxud yatırım etmək istəyəndə, çox məlumatsız olurlar. Bu günün dünyası isə yatırıma bağlıdır. Fərqli yatırım üsulları yaranır. Ona görə maliyyə cəhətdən savadlı olmaq lazımdır”.

Animasiyalı videolarla pul dünyasını araşdırmaq...

Təsisçi bildirdi ki, uşaqlara maliyyə savadlılığı əyləncəli şəkildə öyrədilir: “Platfomada maliyyə savadlığı ilə bağlı həm teorik, həm də praktiki biliklər öyrədilir. Bizim tətbiqi yükləyirlər, orada övladlarınız əyləncəli videolara baxır və maliyyə bacarıqları əldə edirlər. Valideynlər uşaqların pul bacarıqlarını artırmaq üçün onlara rəqəmsal cüzdan yarada, tətbiq vasitəsilə uşaqlara tapşırıqlar verə bilərlər. KidFi ilə öyrənirlər, eyni zamanda mükafatlar qazanır və qazandıqları bonusları “Marketplace”də endirimlər, hədiyyələr və sair ilə dəyişə bilərlər. Proqram oyun şəklində olduğu üçün öyrənmə prosesinə daha çox əyləncə qatır. Uşaqlar kiçik ölçülü interaktiv dərslər, real mükafatlar və rəngarəng interfeys ilə unikal təcrübə qazanacaqlar. Animasiyalı videolarla pul dünyasını araşdırmaq və öyrənilənləri testlərlə möhkəmləndirmək çox asandır”.

Platfoma - Rus, Azərbaycan və İngilis dilində fəaliyyət göstərir. Hazırda proqram 7-15 yaş arası uşaqlar üçün nəzərdə tutulub. A.İbrahimov deyir ki, qarşıdakı dövrdə 15 yaşdan yuxarı şəxslər üçün də tədris proqramları hazırlanacaq.

Xarici bazarlara çıxmaq planı...

A.İbrahimov qeyd edib ki, platformanın B2B və B2C olmaqla iki növ tarifi var: “Bu tarif korporativ və adi müştərilər üçün nəzərdə tutulub. İstənilən müştəri 4.99 azn ödəməklə platformadan istifadə edə bilər. Hər hansı biznes öz əməkdaşları üçün platformadan istifadə etmək istərsə, qiymət planlaması olur. Bizdən aylıq 300 qədər abunəlik alırlarsa, 3.99 azn olur, 300-dən artıq olarsa 2.99 azn olur. Burada söhbət ondan gedir ki, şirkətlər işçiləri üçün fərqli benefitlər verirlər. Benefit olaraq şirkətlər bu platformaya girişi alıb işçilərin uşaqları üçün təqdim edə bilirlər. Eyni zamanda, banklar, sığorta şirkətləri bizdən abunəlik alıb müştəriləri üçün bizim sistemə girişi bonus kimi verə bilərlər”.

A.İbrahimov bildirdi ki, 2 ildir fəaliyyət göstərən layihə investisiya da alıb: “Bu müddətdə startap Avropa Bankı tərəfindən qranta layiq görülüb. SABAH.lab Akselerasiya Mərkəzindən isə 25 000 manat investisiya almışıq. 10-a yaxın biznes partnyorlarımız və müştərilərimiz var. 2023-də Azərbaycanı dünyanın ən innovativ texnoloji samiti olan “Mobile World” konqresində təmsil edib. Son bir və ya yarım ildir aktiv bazarda məhsullarımızı təqdim etmişik. Hazırda xarici bazarlara çıxmaqla bağlı aktiv işlər gedir. İlk olaraq yaxın ölkələri planlayırıq”.

Maya Hüseynova

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Xiaomi"nin "Android 16"nı ilk tətbiq edəcəyi smartfonlarının siyahısı açıqlandı

Ən çox maaş alan baş məşqçilərin adı bilindi

"JPMorgan", "Tesla" ilə bağlı məhkəmə işinə son qoyub

"Samsung" yeni proqram təminatının dizaynını səhvən yayımladı - Detallar

Ən çox qızıl alan ölkələr - Azərbaycan ilk beşlikdə

Ən çox qızıl alan ölkələr - Azərbaycan ilk beşlikdə

Yataqxana problemi ilə bağlı yeni layihə

Ukrayna 5 ölkədən elektrik enerjisi tədarükü istəyib

“13-cü maaş” nədir və kimlərə verilir?

Gürcüstanın dəmir yolu yük daşımalarında Azərbaycanın payı

Araşdırma: "LinkedIn"dəki uzun paylaşımların çoxu süni intellekt tərəfindən yazılır

Yağış yağacaq, leysan olacaq

Avropada qaz qiymətləri artmaqda davam edir

Azərbaycan əhalisinin borclanma səviyyəsi 10 faiz bəndi artıb

Rus qazına sanksiyalar Norveçə 115 milyarddan çox qazandırdı

Azərbaycan banklarına ən çox əmanət yerləşdirən regionlar - SİYAHI

Azərbaycanda taksit kartları üzrə standartlar sərtləşib

"Nissan"ın maliyyə direktoru Stiven Ma istefa verir

"Nissan"ın maliyyə direktoru Stiven Ma istefa verir

Kanadanın media nəhəngləri "OpenAI"ə qarşı: Müəllif hüquqları mübarizəsi

9 ayda 71.8 milyard dollar gəlir - "Rosneft"in hesabatı

Azərbaycanda 5 universitetin rektoru yoxdur

Dekabrın ilk gününə olan hava proqnozu açıqlanıb

Azərbaycan nefti bahalaşıb

Qarabağ iqtisadi rayonunda nə qədər yeni iş yeri yaradılıb? (RƏSMİ)

Azərbaycanda cəmi 1 rayonda özəl məktəb fəaliyyət göstərir

TANAP vasitəsilə Türkiyə və TAP kəmərinə nəql edilən qazın həcmi açıqlanıb

"Azərenerji"nin ixrac gəlirləri 4 dəfə azalıb

Bakıda 8-9 ballıq zəlzələ təhlükəsi olan ərazilər hansılardır? (VİDEO)

60 min material, 4500-dən artıq telereportaj... - Azərbaycan mediası COP29-da

Daha bir şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur (SİYAHI)

Daha bir şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur (SİYAHI)

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin