Startap
02.10.2024 / 13:01
Azərbaycan startapı "Google" tərəfindən casusluq etməkdə ittiham olunur
56657
Yerli startap Eventeam istifadəçilərin şəxsi məlumatlarını ələ keçirməyə çalışır. Bu barədə Google istifadəçilərə xəbərdarlıq bildirişi göndərib. Göndərilən bildirişdə “Bu proqram SMS mesajları, fotoşəkillər, audio yazılar və ya zəng tarixçəsi kimi şəxsi məlumatlarınıza casusluq etməyə çalışır” - məlumatı qeyd edilir və tətbiqin cihazdan silinməsi tövsiyyə edilir.
Tech.az xəbər verir ki, 2022-ci ildə təsis edilən Eventeam, şəhərdə baş verən tədbirləri kəşf etmək və yaratmaq üçün bütün imkanları bir araya gətirən platformadır. İstər ev sahibi olsun, istərsə də tədbirdə iştirak etmək istəyən şəxs, Eventeam vasitəsilə bilet əldə edə və tədbirə qatıla bilər. Startap SABAH.HUB-ın akselerasiya proqramının 5-ci kohortunda iştirak edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay