Rövşən Nəcəf: “SOCAR startaplar üçün innovativ məhsullara olan tələbatı təmin edir”
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) startaplar üçün innovativ məhsullara olan tələbatı təmin edir.
Valyuta.az xəbər verir ki, bunu SOCAR-ın prezidenti Rövşən Nəcəf bu gün keçirilən “Baku ID” (Baku Investment Day) festivalında deyib.
“Bu, bizi çox maraqlandıran məsələdir. Çünki bu, bizə səmərəliliklə bağlı əsas göstəricimizi nümayiş etdirir”, - o vurğulayıb.
Onun sözlərinə görə, innovativ məhsullar hər zaman alıcı bazarına, istehsal şirkətlərinə yönəlib və onlar istənilən şirkətə, o cümlədən SOCAR-a işi daha sürətli, daha ucuz və səmərəli yerinə yetirməyə kömək edə bilər: “Bu, şirkət üçün əlavə dəyər yaradır”.
R.Nəcəf digər dövlət şirkətlərini də startaplar sahəsində daha fəal olmağa çağırıb: “Çünki startap icmaları ilə qarşılıqlı əlaqəmizə dair müsbət dinamika, təsir mövcuddur”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay