Onlar insanların işlərini görmə tərzini dəyişirlər - “Unicorn” startaplar nədir?
Bu ifadəni ilk dəfə istifadə edən şəxs ABŞ-ın vençur kapitalı investoru və “Cowboy Ventures” şirkətinin qurucusu Aileen Lidir. Li bu termini ilk dəfə 2013-cü ildə öz məqaləsində işlədib. “Unicorn” startapları dəyəri 1 milyard dollardan çox olan startaplara deyilir. Dəyəri 10 milyard dolları keçənlərə də “dekakorn” deyirlər. 100 milyard dolları aşanlara “hektokorn” müəssisələr deyilir.
“Unicorn” startap nədir? Onun xüsusiyyətləri nələrdir?
Deyə bilərik ki, “Unicorn” anlayışı sahibkarlıq dünyasında hörmətli və axtarılan bir xüsusiyyətə çevrilib. 2022-ci ilə qədər dünya üzrə 1 192 startap “Unicorn” titul sahibidir. Beləliklə, deyə bilərik ki, “Unicorn” titulunu almaq asan deyil.
Onlar dağıdıcı şəkildə yeniliklər edirlər: Əksər hallarda, bütün “Unicorn” aid olduqları sahəni dəyişir, yeni bazar yaradır və ya bazara köklü təsir göstərir.
Məsələn, bütün həyatımızda böyük yer tutan “Google”, “Airbnb” və “Facebook” pozucu yeniliklər edən təkbuynuzlu startaplardır.
Onlar qabaqcıldırlar: Deyə bilərik ki, “Unicorn”lar əsasən öz sektorlarına yeni gələnlərdir. İnsanların işlərini görmə tərzini dəyişirlər və tədricən bu dəyişiklik onların məhsulları və ya xidmətləri üçün vərdiş halına gəlir.
Onlar texnologiyadan istifadə edirlər: “Unicorn” arasında başqa bir ümumi tendensiya onların biznes modelinin texnologiya üzərində işləməsidir. Onlar avtomatlaşdırma, bulud hesablamaları və müştəri münasibətlərinin idarə edilməsi sistemi kimi rəqəmsal vasitələrdən faydalanırlar.
Onlar istehlakçı yönümlüdürlər: Məqsədləri istehlakçılar üçün hər şeyi sadələşdirmək və gündəlik həyatlarının bir hissəsi olmaqdır. İstehlakçıların həqiqətən istədikləri məhsullar - xidmətlər yaratmaq üçün konkret auditoriyanın həyatını yaxşılaşdırmağın yollarını axtarırlar.
Onlar qənaətcildirlər. Xidmətlərini və ya məhsullarını maliyyə baxımından əlverişli saxlamaq bu startapların digər mühüm xüsusiyyətidir.
“Unicorn” startapları innovativ ideyaya, inkişaf üçün aydın vizyona və möhkəm biznes planına, habelə vençur kapitalistlərinə və investorlara öz mesajlarını çatdırmaq üçün uyğun üsula malik olmalıdırlar.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay