“Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 151-ə çatıb
İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) daha 6 mikro və kiçik sahibkarlıq subyektinə “Startap” şəhadətnaməsi verib.
Valyuta.az xəbər verir ki, bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 151-ə çatıb.
“Startap” şəhadətnamələri "Money-Tunnel" MMC-nin maliyyə təşkilatları ilə müştəriləri əlaqələndirən mobil tətbiqi, Rüfət Gülmalızadənin interaktiv video təlim və kommunikasiya platforması, "Yax" MMC-nin taksi sifarişi üçün mobil tətbiqi, "Jİ Studio" MMC-nin süni intellekt əsasında veb səhifələrin dizaynı və hazırlanması üçün platforma, Niyaz İsmayılovun interaktiv mükafatlandırıcı onlayn yarış platforması, "Ainuverse" MMC-nin video məzmun üzərindən ağıllı axtarış platforması layihələri üçün təqdim edilib.
“Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və ya gəlir vergisindən 3 il müddətinə azad edir.
Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla aşağıdakı keçiddən tanış olmaq olar: //smb.gov.az/az/nav/startap-sehadetnamesi
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay