Daha 16 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib
2024-cü ilin yanvar-mart aylarında 26 mikro və kiçik sahibkar “Startap” şəhadətnaməsi üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) müraciət edib.
Agentlikdən verilən məlumata görə, Nazirlər Kabinetinin 29 yanvar 2021-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Startapın müəyyən olunması meyarları”na əsasən, Ekspertlər Şurası tərəfindən 16 mikro və kiçik sahibkara “Startap” şəhadətnaməsinin verilməsi barədə qərar qəbul olunub. Şəhadətnamə almış sahibkarlıq subyektlərin 11-i hüquqi, 5-i fiziki şəxsdir. Onlardan 15-i mikro, 1-i isə kiçik sahibkarlıq subyektidir.
“Startap” şəhadətnaməsi almış layihələr təhsil, ictimai iaşə, İKT, sənaye kimi sahələrdə innovativ həlləri nəzərdə tutan onlayn platformaların, mobil tətbiqlərin yaradılması, müxtəlif cihaz və qurğuların istehsalını nəzərdə tutur.
Ümumilikdə indiyədək 139 mikro və kiçik sahibkarlıq subyektinə “Startap” şəhadətnaməsi verilib.
“Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.
KOB subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət etməlidir. Ətraflı məlumat üçün: //smb.gov.az/az/nav/startap-sehadetnamesi
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay