Azərbaycanda startaplara dəstək üçün fond yaradılacaq
Bu ilin sonuna kimi Azərbaycanda startaplara dəstək üçün eyniləşdirmə fondu yaradılacaq.
Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İnnovasiya ekosistemi departamentinin müdiri Yevgeniya Bikmurzina İRİA-nın 2023-cü ilin yekunları və 2024-cü ilin hədəflərinə dair mətbuat konfransında deyib.
"Cari ilin hədəflərinə həmçinin mələk investorlar və vençur fondlar tərəfindən 38 investiya sövdələşməsi və mələk investorlar üçün daha bir klubun fəaliyyətə başlaması daxildir",- deyə Y. Bikmurzina qeyd edib.
Departament rəhbəri vurğulayıb ki, startaplara investiya etmək riskli sayılır: "Bu cür investorları stimullaşdırmaq üçün adıçəkilən mexanizmin yaradılması nəzərdə tutulur. Belə ki, biznez mələk investor hansısa bir startapa məsələn 5 min manat civarında yatırım edirsə, dövlət həmin məbləğin 100 %-ni eyni startapa yatırım edir. Bu, xüsusilə ilkin mərhələdə olan startaplar üçün bu cür mexanizm daha böyük investiya almaq və öz məhsulunu təkmilləşdirmək deməkdir, investor üçün isə risklərin bir növ dövlətlə bölüşməsi anlamına gəlir".
Xatırladaq ki, Azərbaycanda “Caucasus Ventures” adlı ilk vençur fondu 2022-ci ildə yaradılıb.
Mələk investorlar daha kiçik məbləğlərdə startaplara yardım göstərirlər. Hesaqb olunur ki, ölkədə mələk investorların sayının artması startaplara böyük dəstək olacaq. Bu səbəbdən "Technovate-Sabah” klubu Azərbaycanda mələk investor olmaq istəyənlər üçün məktəb açıb.
Report
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay