Startap
29.02.2024 / 10:33
Azərbaycan startapı Gürcüstanda fəaliyyətə başlayacaq
43287
"Reluxe Collection" startapı Gürcüstanda fəaliyyətə başlayacaq.
Valyuta.az-a bu barədə məlumat verən startapın həmtəsisçisi Abbas Ağazadə bildirib ki, istifadəçilərinə lüks geyimləri ən uyğun qiymətlərlə almaq, satmaq və icarə imkanı verən startapları bu ilin aprel ayında etibarən Gürcüstanın paytaxtı Tbilisidə xidmətə başlayacaq.
Bildirilib ki, bu məqsədlə artıq Gürcüstandan olan istifadəçilər üçün platformada "erkən qeydiyyat" (Early Access) bölməsi yaradılıb. Azərbaycanda 2 ildən qısa müddətdə artıq 10 mindən çox istifadəçisi olan "Reluxe" platformasına qonşu ölkələrdən də böyük maraq olduğunu nəzərə alan təsisçilər, məhsulu ilk olaraq Gürcüstan daha sonra isə Türkiyə və Avropa bazarlarına çıxarmağı planlaşdırır.
Əvəz Həsənov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay