Biznes ilə startapın fərqləri nələrdir?
Bəzən staraplar ilə biznesin elə də fərqli olmadığı ilə bağlı fikirlərə rast gəliri. Startapın da biznesin bir növü olduğunu düşünürlər. Bəzən isə deyirlər ki, biznes qurmaq asandır, amma startapda işlər çətin olur. Maraqlıdır, biznes ilə startapların fərqləri nələrdir?
Bu barədə Valyuta.az-a danışan "Mediamark" Digital Agentliyinin təsisçisi Orxan Rzayev bildirib ki, startapı ümumi olaraq biznes fəaliyyətinin bir növü kimi saymaq olar, amma detallara gedən zaman təbii ki, müəyyən fərqlər var:
“Məsələn, startap daha çox texnologiyaya əsaslanan, sürətlə böyüyə bilən, bazara yenilik gətirə bilən fəaliyyət növüdür. Biznes isə stabil fəaliyyəti, stabil dövriyyəsi olan fəaliyyət növüdür. Strataplarda riskli qərar vermək ehtimalı daha çoxdur, ənənəvi bizneslərdə isə risk mümkün qədər az olur və daha çox planlaşdırılmış rəqəmlərə, datalara əsaslanan addımlar atılır. Startapın böyümək potensialı daha çoxdur, yəni, bir ildə 50 dəfə, 100 dəfə, 500 dəfə böyüyə bilir. Ənənəvi bizneslərdə illik böyümə 20-30 faiz olarsa, bu uğurlu sayılır. Ümumi olaraq startaplar bir müddətdən sonra stabil fəaliyyəti, geniş komandası, gördüyü dəqiq işlər olandan və böyüyəndən sonra bir növ biznes adlanır”.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay