Startap
25.07.2022 / 15:07
Mikayıl Cabbarov: “18 innovativ layihənin hər birinə 25 min manat vəsait ayrılıb” (FOTO)
23189
“İnnovativ sahəyə dəstək çərçivəsində 18 layihənin hər birinə 25 min manat vəsait ayrılıb”.
Valyuta.az xəbər verir ki, bu barədə Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov feysbuk səhifəsində yazıb.
Onun sözlərinə görə, İqtisadiyyat Nazirliyi startapların stimullaşdırılması təşəbbüslərini davam etdirir:
“Bu innovativ sahəyə dəstək çərçivəsində 18 layihənin hər birinə 25 min manat vəsait ayrılıb. Təhsil Nazirliyi və SABAH.lab Startap Akselerasiya Mərkəzi tərəfindən keçirilmiş “Baku ID Summer-22” (Bakı İnvestisiya Günü) startapların təşviqi, yerli layihələrin xarici investorlara təqdim edilməsi baxımından önəmlidir”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay