BAKU Azərbaycan
16.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.843
  • 1 Rusiya rublu
    0.0175
  • 1 Türkiyə lirəsi
    0.0497
  • 1 İngiltərə funt sterlinqi
    2.2138
9945

“Azəriqaz” İstehsalat Birliyi Bağırov Ramil İxtiyar oğlu və Kərimov Mətləb Niyazi oğlunun qanunsuz hərəkətləri ilə bağlı açıqlama verib.

Qurumdan verilən açıqlamada deyilir ki, birliyin əməkdaşlarına heç bir halda ödəniş etməyin.

Bildirilir ki, adları çəkilən şəxslər barəsində daxil olmuş müraciətlər üzrə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

İlkin araşdırma zamanı Ramil Bağırovun Mətləb Kərimovla cinayət əlaqəsinə girərək, sonuncu vasitəsilə Xəzər rayonu ərazisində yerləşən ticarət obyekti və yaşayış evlərinin yaxınlığından keçən qaz boru xətlərinin yerinin dəyişdirilməsi üçün vətəndaşlardan ümumilikdə 5 700 manat pul vəsaitini rüşvət qismində almalarına dəlalət edən kifayət qədər şübhələr müəyyən edildiyindən faktla əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə cinayət işi başlanılıb. 

Həmçinin birlikdən əlavə edilib ki, Bakı Regional Qaz İstismarı Departamentinin (BRQİD) Xəzər Texniki İstismar Xidmətinin operatoru Mətləb Niyazi oğlu Kərimov 2019-cu ilin aprel ayından etibarən özəl klinikalardan birindən ayrı-ayrı vaxtlarda aldığı arayışlarla müalicə olunduğunu əsas gətirərək əmək fəaliyyəti ilə məşğul olmayıb.

M.Kərimov müalicə almasına baxmayaraq BRQİD-nin xidməti ərazisində dəfələrlə daşıyıcı küçə qaz xətlərinin qeyri-qanuni yerini dəyişdirib və departamentin normal iş fəaliyyətinin təşkil olunmasına maneçilik törədib. Eyni zamanda onun bu hərəkəti istehlakçıların təbii qaz təchizatında fasilələrin yaranmasına səbəb olub.

Bu səbəbdən M.Kərimovun sağlamlığı ilə əlaqədar müalicədə olmasına əsaslı şübhələr yaranıb. Ona görə də 30 aprel 2020-ci il tarixdən sonrakı dövr üçün əmək qabiliyyətinin müvəqqəti itirilməsi barədə M.Kərimov tərəfindən heç bir təsdiqedici sənəd təqdim edilmədiyi əsas gətirilərək bu barədə həmin klinikaya rəsmi məktub göndərilib.

Qeyd edilib ki, Mətləb Niyazi oğlu Kərimovun Xəzər rayonu ərazisindəki qanunsuz əməlləri barədə 21 aprel 2020-ci il tarixində Daxili İşlər Nazirliyi, Xəzər rayonu Polis İdarəsinə BRQİD-nin Xəzər rayon Texniki Qaz İstismarı Xidmətinin rəisi adından rəsmi müraciət də ünvanlanıb.
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Rusiya bir ayda Gürcüstana LNG tədarükünü 1,5 dəfədən çox artırıb

Taksilərdə gediş haqqı bir manata yaxın bahalaşıb

ABŞ-da neft ehtiyatları gözlənilmədən 2,2 milyon barrel azaldı - EIA

"Sanura Company" gömrük qaydalarını pozmaqda ittiham edilir

Prezident bu şəxsləri təltif etdi (SİYAHI)

Prezident bu şəxsləri təltif etdi (SİYAHI)

Neft Fondunun aktivləri 6 milyon dollara yaxın artıb

Dünyanın ən güclü telefonu elan edildi - “iPhone 16 Pro” artıq köhnəldi

Banklar bu ilin 9 ayında nə qədər kredit verib? - SİYAHI

“Unibank”ın səhmdarlarının növbədənkənar yığıncağı çağrıldı

Qarabağda avtovağzalların yeri müəyyənləşdirilir

Mərkəzi Bank sığorta şirkətinə məcburi göstəriş verdi

“Qarabağ”ın oyununa 1 gündə 20 min bilet satıldı

Audiovizual Şuranın növbəti iclası keçirilib, 4 yeni lisenziya verilib

Nazirlik "tender kralı"ndan 17 milyonluq mebel alır

Məşhur elektron ticarət platforması “Hepsiburada” Qazaxıstana satıldı

"Bu bina və evlərə elektrik enerjisi güzəştlə verilsin" - MM-də TƏKLİF

Valyuta mübadiləsi xidməti göstərən bütün şirkətlər AMB-nin kapital tələbini yerinə yetirib

Ərdoğanın maaşı açıqlandı

Kapital Bank “COP29 Human Capital Forum” tədbirində 2 mükafata layiq görüldü®

Bu xəstələr apteklərdən pulsuz dərman ala biləcəklər

Bu şəxslər 2500 manat cərimələnəcək

Azad olunan ərazilərdə torpaqlar bu şəkildə icarəyə veriləcək

Yaşıllıqlara vurulmuş ziyana görə cəzalar sərtləşdirilir

Heyvanlarla rəhmsiz davrananlar bu qədər cərimələnəcək

İcbari tibbi sığorta ilə apteklərdən dərmanların necə alınacağı müəyyənləşir

Yeni komitə yaradılır

“BakıKart” tətbiqindəki vəsaitlər geri qaytarılacaq - Rəsmi

“London” taksilərinə 300 min manat ayrıldı - Buna ehtiyac var idi?

"Aztelekom"un rəhbəri dəyişdi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin