Daha 27 qazi Türkiyəyə göndərilib - FOND
Ağır yaralanan daha 27 Vətən müharibəsi qazisi Türkiyəyə göndərilib.
"Yaşat" Fondundan Valyuta.az-a verilən xəbərə görə, qurum tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq qazilərimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdiriləcək.
“YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.
Həkim rəyi əsasında ağır yaralı olan qazilərimizin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir.
Xatırladaq ki, Fond tərəfindən bundan öncə 24 qazimiz müalicə üçün Türkiyəyə göndərilmişdi. Onlardan 4-ünün müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərimizin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay