BAKU Azərbaycan
16.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.843
  • 1 Rusiya rublu
    0.0175
  • 1 Türkiyə lirəsi
    0.0497
  • 1 İngiltərə funt sterlinqi
    2.2138
9404

Nazirlər Kabinetinin qərarına əsasən, Novruz bayraımı ilə əlaqədar martın 20-dən 26-dək qeyri-iş günü elan edilib. Buna baxmayaraq, fəaliyyətin davamlılığını təmin etmək məqsədilə bəzi müəssisələrdə həmin günlərdə işçilər işə çıxır. 

Bayram öncəsi iş günlərinin qasaldılması mümkündürmü? 

Tətil günlərinə görə həmin şəxslərə əməkhaqqı hansı qaydada hesablanır? 

Valyuta.az-ın suallarına aydınlıq gətirən Dövlət Əmək Müfəttişliyi Xidmətindən bildirilib ki, iş günü hesab edilməyən bayram günləri işçilərin işə cəlb edilməsi və görülən işə görə əməkhaqqının ödənilməsi qanunvericiliklə tənzimlənir: 

“Dövlətin müdafiəsinin təmin olunması üçün, habelə təbii fəlakətin, istehsalat qəzasının qarşısını almaq və ya onların nəticələrini aradan qaldırmaq üçün yerinə yetirilməsi zəruri olan ən vacib işlərin görülməsinə, həmçinin su, qaz və elektrik təchizatı, isitmə, kanalizasiya, rabitə və digər kommunal müəssisələrində işlərin, xidmətlərin pozulmasına səbəb olan gözlənilməz hadisələrin nəticələrini aradan qaldırmaq üçün zəruri işlərin görülməsini təmin etmək üçün və fasiləsiz istehsalatlar, ticarət, ictimai iaşə, rabitə, nəqliyyat və digər xidmət müəssisələri istisna olunmaqla işçilərin iş vaxtından artıq işlərə cəlb edilməsinə yol verilmir”.

Eləcə də, hamilə, 3 yaşına çatmamış uşağı olan qadınların və yaşı 18-dən az olan işçiləri iş günü hesab edilməyən bayram günləri işəgötürən tərəfindən hər hansı işlərin görülməsinə cəlb edilməsi yolverilməzdir:

“3 yaşından 14 yaşınadək uşağı olan, həmçinin sağlamlıq imkanları məhdud uşağı olan qadınların istirahət, bayram və iş günü hesab olunmayan digər günlərdə işə cəlb edilməsinə və ezamiyyətə göndərilməsinə yalnız onların razılığı ilə yol verilir”.

Xidmətdən bildirilib ki, iş günü hesab edilməyən bayram günləri qabağı günlərdə iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılır.

İş günü hesab edilməyən bayram günləri görülən işə görə əməkhaqqı isə aşağıdakı kimi ödənilir:

-    əməyin vaxtamuzd ödənilmə sistemində gündəlik tarif maaşının iki mislindən aşağı olmamaqla;

-    əməyin işəmuzd ödənilmə sistemində ikiqat işəmuzd qiymətlərindən aşağı olmamaqla;

-    aylıq maaş alan işçilərə iş aylıq iş vaxtı norması çərçivəsində görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşı məbləğindən aşağı olmamaqla, əgər iş aylıq iş vaxtı normasından artıq vaxtda görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşının ikiqat məbləğindən aşağı olmamaqla.

Xidmətdən verilən məlumata əsasən, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işləmiş işçinin arzusu ilə ona əməkhaqqı əvəzinə başqa istirahət günü verilə bilər.

Əməkhaqqının verilməsi günü istirahət, səsvermə, ümumxalq hüzn günü və ya iş günü hesab edilməyən bayram günlərinə təsadüf etdikdə, o bilavasitə həmin günlərdən əvvəlki gündə verilir.

Zeynəb Vəkil

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Rusiya bir ayda Gürcüstana LNG tədarükünü 1,5 dəfədən çox artırıb

Taksilərdə gediş haqqı bir manata yaxın bahalaşıb

ABŞ-da neft ehtiyatları gözlənilmədən 2,2 milyon barrel azaldı - EIA

"Sanura Company" gömrük qaydalarını pozmaqda ittiham edilir

Prezident bu şəxsləri təltif etdi (SİYAHI)

Prezident bu şəxsləri təltif etdi (SİYAHI)

Neft Fondunun aktivləri 6 milyon dollara yaxın artıb

Dünyanın ən güclü telefonu elan edildi - “iPhone 16 Pro” artıq köhnəldi

Banklar bu ilin 9 ayında nə qədər kredit verib? - SİYAHI

“Unibank”ın səhmdarlarının növbədənkənar yığıncağı çağrıldı

Qarabağda avtovağzalların yeri müəyyənləşdirilir

Mərkəzi Bank sığorta şirkətinə məcburi göstəriş verdi

“Qarabağ”ın oyununa 1 gündə 20 min bilet satıldı

Audiovizual Şuranın növbəti iclası keçirilib, 4 yeni lisenziya verilib

Nazirlik "tender kralı"ndan 17 milyonluq mebel alır

Məşhur elektron ticarət platforması “Hepsiburada” Qazaxıstana satıldı

"Bu bina və evlərə elektrik enerjisi güzəştlə verilsin" - MM-də TƏKLİF

Valyuta mübadiləsi xidməti göstərən bütün şirkətlər AMB-nin kapital tələbini yerinə yetirib

Ərdoğanın maaşı açıqlandı

Kapital Bank “COP29 Human Capital Forum” tədbirində 2 mükafata layiq görüldü®

Bu xəstələr apteklərdən pulsuz dərman ala biləcəklər

Bu şəxslər 2500 manat cərimələnəcək

Azad olunan ərazilərdə torpaqlar bu şəkildə icarəyə veriləcək

Yaşıllıqlara vurulmuş ziyana görə cəzalar sərtləşdirilir

Heyvanlarla rəhmsiz davrananlar bu qədər cərimələnəcək

İcbari tibbi sığorta ilə apteklərdən dərmanların necə alınacağı müəyyənləşir

Yeni komitə yaradılır

“BakıKart” tətbiqindəki vəsaitlər geri qaytarılacaq - Rəsmi

“London” taksilərinə 300 min manat ayrıldı - Buna ehtiyac var idi?

"Aztelekom"un rəhbəri dəyişdi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin