Sosial
13.03.2021 / 11:25
Nə qədər şəhid ailəsi və qazi məşğulluq proqramları ilə əhatə olunub? - RƏSMİ
9032
Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ailə üzvləri, bu müharibənin qaziləri, erməni terrorundan zərər çəkən şəxslər aktiv məşğulluq proqramları vasitəsilə sosial dəstəklə təmin edilirlər.
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən Valyuta.az-a verilən məlumata görə, postmüharibə dövründə bu kateqoriyalardan olan 3700-dək şəxs aktiv məşğulluq proqramları ilə əhatə olunub. Onlardan 3030-u özünüməşğulluq proqramına cəlb edilib və seçdikləri iqtisadi fəaliyyət növləri üzrə kiçik təsərrüfat və müəssisələrini qurmaları üçün aktivlərlə təmin edilməsi işləri aparılır.
645 nəfərin isə ödənişli ictimai işlər, əməkhaqlarının birgə maliyyələşdirilməsi proqramları vasitəsilə məşğulluq məsələlərinin operativ həllinə dəstək göstərilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay