Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət etdi
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi respublikanın əksər bölgələrində hava şəraitinin dəyişərək temperaturun enməsini, ayrı-ayrı rayonlarda, habelə paytaxt Bakıda yağış, qar yağması nəticəsində meydana gələ biləcək yol qəzalarının qarşısının alınması məqsədi ilə bir daha sürücülərə son dərəcə diqqətli və ehtiyatlı olmağı tövsiyə edib.
Valyuta.az-a xəbər verir ki, bu fikir Baş Dövlət Yol Polisi İdarəsinin sürücülərə müraciət səsləndirilib.
Müraciətdə bildirilir ki, sürücülər qəfil tormozlama aparmamalı, nəqliyyat vasitələrinin sürüşmə ehtimalının daha çox olmasını nəzərə alaraq şinləri qış mövsümünə uyğun olmayan avtomobillərdən mümkün qədər az istifadə etmələdirlər.
“İdarə ara məsafəsini və hərəkət sürətini şəraitə uyğun seçməyi, zərurət olmadan ötmə əməliyyatı aparmamağı, qəfil manevrlər etməməyi, piyadalara isə asfalt örtüyünün yaş olması səbəbindən yolu keçərkən yaxınlaşmaqda olan avtomobillərin qısa məsafədə dayana bilməyəcəyini nəzərə alıb yolu yalnız onlar üçün müəyyənləşdirilmiş yerlərdən keçmələrini, yolun hərəkət hissəsi ilə piyada getməmələrini tövsiyə edir” - deyə qeyd olunub.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay