BAKU Azərbaycan
14.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
8369

Bu ildən bəzi banklar sosial müavinət alan vətəndaşların hesablarından illik xidmət haqqı çıxıb. Bu, əhalinin sosial cəhətdən həssas qrupları arasında müəyyən narazılıq yaradıb.

Maraqlıdır, sosial müavinətlərdən illik xidmət haqqının tutulması qanuayğundurmu?

İqtisadçı Rəşad Həsənov Teleqraf.com-a bildirib ki, sosial müavinətlərdən illik xidmət haqqının tutulması doğru deyil: “Bunu dövlət ödəməlidir. Təbii ki, banklar hər hansı dövlət qurumuna müvafiq xidməti təqdim etməyə borclu deyil. Çünki bankın infrastrukturundan istifadə olunur. Bank həmin infrastrukturun, proqram təminatının saxlanmasına, inkassasiya (daşınma) prosesinin həyata keçirilməsinə xərc çəkir. Bunun müqabilində təbii ki, bank qazanc əldə etməlidir və maliyyə qurumunun xərcləri kompensasiya olunmalıdır. Amma bu xərclərin aidiyyəti qurum tərəfindən kompensasiya olunması daha qanuni, eyni zamanda məntiqlidir”.

Analitik qeyd edib ki, banklara ötürülən dövlət xidmətlərinin xərclərinin kompensasiyası ilə bağlı mexanizmlər mövcuddur: “Dövlət özü həmin xidmətləri banklardan almalı və xidmət haqqını ödəməlidir. Bir çox sahələrdə olduğu kimi, bu sahədə də 2021-ci ildən etibarən, xüsusilə postmüharibə dövründə yaranmış situasiyaya uyğun olaraq hökumət müvafiq xərclərin dövlət vəsaiti hesabına deyil, vətəndaşların hesabına formalaşması istiqamətində mövqe ortaya qoyub. Təbii ki, bununla bağlı aidiyyəti qurumlar açıqlama verməli, bu istiqamətdə qəbul edilən qərarlar ictimailəşdirilməlidir.

Çünki bu, çox böyük sosial qrupun gəlirləri haqqında qərardır. Bu baxımdan həmin sosial qrupun məsələyə münasibəti öyrənilməlidir, mövcud imkanlar qiymətləndirilməli, banklarla müəyyən uzlaşma təmin edilməli, xidmət haqları optimallaşdırılmalıdır. Bunlar vacib məsələlərdir. Əslində dövlət xidmətləri qarşılığında bankların vətəndaşdan deyil, həmin xidməti banklara yönəldən və ya satan dövlət qurumlarından xidmət haqqı alması daha məntiqli mexanizmdir”.

Ekspert deyir ki, bankların təqdim etdiyi xidmətlərə görə xidmət haqqı tutması normal bir situasiyadır: “2010-2017-ci illər ərzində bankların gəlirlərinin strukturuna baxsaq görərik ki, gəlirlərinin təxminən 24 faizi məhz göstərdikləri xidmətlər müqabilində əldə etdikləri gəlirdən formalaşıb. Bankların funksiyası bundan ibarətdir. Kart hesabına görə illik xidmət haqqının çıxılması bankdan banka fərqlənir. Hər bir bankın özünün kredit, xidmətlər üzrə strategiyası və eləcə də özünün müraciət etdiyi sosial qruplar var. Banklar öz siyasətini məhz bu parametrlər nəzərə alınmaqla formalaşdırır”.

Rəşad Həsənovun sözlərinə görə, kartın necə istifadə edilməsindən asılı olaraq banklarda xidmət haqqı nəzərdə tutulur: “Bankların illik, aylıq köçürmələrə görə, adam sayına, eləcə də konvertasiya (nağdsız mübadilə) edilərkən nəzərdə tutulan xidmət haqları var. Əgər kartdan yalnız nağdlaşdırma üçün istifadə olunursa, bu zaman kart üçün illik xidmət haqqı müəyyən edilə bilər.

Digər məqsədlər üçün kartdan istifadə edilirsə, bu zaman hər bir xidmət üzrə müvafiq xidmət haqları nəzərdə tutulur. Məsələn, bir bankın kartı ilə digər bankdan vəsaitlərin nağdlaşdırması zamanı və bankların öz aralarında razılaşmasına əsasən xidmət haqqı tutula da bilər, tutulmaya da.

Bəzən hətta daha çox faizlərlə xidmət haqqı tutla bilər. Bu, bankların mövcud konyunktura uyğun olaraq həyata keçirdiyi siyasətdən asılıdır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

"The Sunday Times": Ukrayna "ölümcül soyuqlar"la üzləşəcək

Gündə 279 nəfər doğulub, 162 nəfər ölüb

İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək

154 illik "qızıl sikkə" dəyərinin 550 qatına satıldı

ABŞ-ın dövlət borcu tarixində rekord həddə çatıb

Kimlərə sosial yardım veriləcək? - İqtisadçı açıqladı

ÜST müşaviri xəbərdarlıq etdi: Yeni pandemiya riski artır

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb (Video)

"Rolls-Royce" və "Maybach" üçün yeni rəqib - FOTO

Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Rusiyadan Ermənistana milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?

DGK bu şirkətdən 1,1 milyonluq geyim alacaq

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

Maşını olanlar vergi versin - Deputatdan TƏKLİF

Neftin qiyməti 70 dollardan aşağı düşəcək - Ekspert

Alqı-satqı müqaviləsi iki şirkəti üz-üzə qoydu

“Shakh Telecom” 8000 manat cərimələnə bilər

Süni intellekt əxlaqi qərarlar qəbul edəcəkmi? “OpenAI” araşdırır

“Monolink” şirkəti ilə vergi orqanı arasında 130 minlik vergi borcu mübahisəsi

Rusiyanın Ukrayna ərazisindən Avropaya nəql etdiyi qazın həcmi açıqlanıb

"SMT İnşaat" məhkəmə qarşısında

"Samsung"a 118 miyon dollarlıq cərimə kəsildi - Səbəb yenə "Netlist"

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin