BAKU Azərbaycan
8.03°C
  • USD
    1.7
  • EUR
    1.7752
  • RUB
    1.6516
  • TRY
    0.0483
  • GBP
    2.1387
61975

Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamla minimum əməkhaqqı gələn aydan 400 manata çatdırılacaq. Minimum əməkhaqqındakı artım sadəcə aşağı maaş alanların deyil, eləcə də,Ş vahid tarif cədvəlinin (VTC) bütün pillələri üzrə əməkhaqlarında artımları təmin edəcək. Belə ki, dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşları da bu sərəncama uyğunlaşdırılacaq və artırılacaq.

Valyuta.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov sosial media hesabında yazıb.

O qeyd edib ki, məbləğindən asılı olmayaraq, bu sektorlarda çalışanların maaşları artırılacaq

"Sosial, elm, səhiyyə, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışan dövlət qulluqçusu statusu olmayan işçilərin də əməkhaqları artacaq.

Bu sahələrdə çalışan və dövlət qulluqçusu statusu olmayan vətəndaşlarımızın əməkhaqları Vahid Tarif Cədvəli (VTC) əsasında dövlət büdcəsindən maliyyələşdirilir. Vahid Tarif Cədvəlində maaşlar 19 dərəcə üzrə müəyyənləşdirilir. Hazırda ilk 4 dərəcə üzrə əməkhaqları 400 manatdan azdır və onlar 345-389 manat arasında dəyişir. Ən yüksək dərəcə üzrə əməkhaqqı isə 1125 manatdır. Minimum əməkhaqqının artırılması praktik olaraq bütün dərəcələr üzrə artımlara səbəb olacaq. Bu zaman əməkhaqqının minimum səviyyədən az və çox olması xüsusi önəm daşımır.

Hazırda Səhiyyə Nazirliyinin tabeçiliyindəki müəssisələr VTC ilə tənzimləndiyi üçün onların əməkhaqlarında artımlar olacaq. Amma Elm və Təhsil Nazirliyinin və TƏBİB-in ayrıca keyfiyyət meyarlarına əsaslanan əməkhaqqı sxemi var. Bununla belə, hər iki sektorda aşağı maaşlarda artımlar həyata keçiriləcəyindən dərəcələr arası fərq nəzərə alınmaqla əməkhaqlar müəyyənləşdiyi üçün bu sahələrdə də müəyyən işçilərdə maaş artımları istisna deyil. VTC üzrə yeni maaş məbləğləri Nazirlər Kabineti tərəfindən təsdiq olunacaq".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Mərkəzi Bank "Magic Povvder"i nədə ittiham edir?

Çinlə ABŞ arasında "çip müharibəsi" davam edir

Sosial Xidmətlər Agentliyinin 2, 3 milyonluq tenderi ləğv edildi

Trampın yaratdığı yeni böhran: "Panama kanalı" və tarixi - "Bloomberg"

"Belarus Ticarət Evi" QSC inzibati məsuliyyətə cəlb edilib

"ABC-Telecom" məhkəmə qarşısında

Hindistan neft emalı zavodları Rusiya neftini əvəz edəcək variantlar axtarır

"xAI", investorlarından 6 milyard dollar topladı

Səhiyyənin Təminatı Mərkəzi 1,8 milyonluq mebel alacaq

BOKT məhkəməyə verilib

"Səhmləriniz ucuzlaşanda axmaq qərarlar verəcəksinizsə, ümumiyyətlə almayın" - Baffetin zamansız məsləhəti

Yanvarın 1-dən "WhatsApp" 19 smartfon modelində işini dayandıracaq

"Star Park" cərimələnə bilər

94 yaşlı Baffet 2025-ci ilə rekord məbləğdə nağd pulla girir

10 illik "Lilium" startapının sonu: 1.000 işçi işdən çıxarıldı

10 illik "Lilium" startapının sonu: 1.000 işçi işdən çıxarıldı

"Azərbaycan Dəmir Yolları" "ATEF"i niyə məhkəməyə verib?

Dünyanın ən böyük çip istehsalçısı TSMC rekord qırdı

Süni intellektdə inqilab - Bir milyard dəfə daha sürətli texnologiya gəlir

Agentlik 10 ədəd evakuator alır - Biri 218 min manata

Dövlət və özəl uşaq müəssisələri ilə bağlı - Fərman

Sığorta şirkətlərinin ödənişlərinin həcminə görə RENKİNQİ

Sabah bu ərazidə qaz olmayacaq

Bu QSC-yə 20 milyon ayrıldı - Sərəncam

Prezidentdən məhkəmələrlə bağlı Fərman

Sığorta şirkətlərinin yığımlarının SİYAHISI

Azərbaycanda macəra turizmi: Adrenalin sevənlər üçün bu imkanlar var

Qış təkəri seçərkən nəyə diqqət etmək lazımdır?

Sədr Aydan Rəcəbovanı rəis təyin etdi

Azərbaycanda nar istehsalında yaranan əsas çətinliklər açıqlanıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin