BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.7813
  • RUB
    1.6139
  • TRY
    0.0491
  • GBP
    2.1373
60358

“AtaBank”dan götürdüyü 42 milyonu mənimsəməkdə ittiham olunan Müdafiə Nazirliyinin keçmiş zabiti Zahid Niftəliyevin məhkəməsi davam edir.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda şahidlərin dindirilməsinə başlanılıb.

Şahidlər Xamis və Xəyyam Süleymanovlar qardaşdır. Onlar ikisi də həmin bankda işləyiblər. Xamis bankda müştəri seyf xidmətləri və inkassassiya bölməsinin rəhbəri olub. O, istintaq vaxtı ətraflı ifadə versə də, hakim qarşısında qarışıq danışıb. Şahid təqsirləndirilən şəxsi heç vaxt görmədiyini, ona pul köçürdüyünü də xatırlamadığını deyir. Tərəflər xeyli çək-çevir etsələr də, şahid bilərəkdən, ya bilməyərəkdən gördüyü işi başadüşülən formada izah edə bilməyib.

Şahidin Dövlət Təhlükəsizliyi Xidmətində müstəntiqə verdiyi ifadədən görünür ki, Xamis “AtaBank”a mərhum vergilər naziri Fazil Məmmədov vasitəsilə işə düzəlib. Özünü etibarlı işçi kimi göstərdiyi üçün də nazirlə arası yaxşı olub. Onun sözlərinə görə, bankda iki əsas pul seyfi olub. Birinci seyfdə rəsmi olaraq bank əməliyyatlarının aparıldığı pullar saxlanılıb.

Fotoda: Mərhum Fazil Məmmədov

Qeyri-rəsmi əməliyyatlarla bağlı olan ikinci əlavə seyf isə zirzəmidə yerləşib. Həmin seyfə onun və vergilər naziri Fazil Məmmədovun müşaviri Mahir Rəfiyevin girişi olub: “Bu seyf Fazil Məmmədovun və Mahir Rəfiyevin xüsusi tapşırıqları ilə bağlı seyf idi. Həmin seyfdəki pullarla bağlı gündəlik olaraq Mahir Rəfiyevlə kontaktda olmuşam. Mahir Rəfiyev nəzarət edir, telefonla ona adlarını xatırlamadığı və tanımadığı şəxslərin pul vəsaitlərini gətirib təhvil verəcəyini deyirdi. Mən həmin şəxslərdən vəsaitləri qəbul edib, seyfə yerləşdirmişəm. Bir daha deyirəm, bu seyfin bankın rəsmi kassası və seyfinə aidiyyəti yox idi. Həmin seyfdə olan pulları lazım gəldikdə Mahir Rəfiyevin tapşırığı və göstərişi ilə aparıb ayrı-ayrı adamlara çatdırmışam. Amma indi pulların çatdığı şəxsləri xatırlamıram”.

Şahid qeyd edib ki, bəzi hallarda pulları aparıb Vergilər Nazirliyində Mahir Rəfiyevin köməkçisinə xidməti otağında çatdırıb. Qeyri-rəsmi kassaya vəsaitlərin hansı mənbədən daxil olduğunu da bilməyib: “Mənim işim sadəcə Mahir Rəfiyevin tapşırığı ilə vəsaitləri qəbul edib bankda qeyri-rəsmi seyfə yerləşdirmək və daha sonra onun tapşırığı ilə müəyyən adamlara çatdırmaqdan ibarət idi. Son olaraq onu deyə bilərəm ki, “AtaBank" ASC fəaliyyət göstərdiyi müddətdə "Odela Investment" MMC, "Aikon Construction" MMC, "Şahin-CO" MMC-yə bank qanunvericiliyi pozularaq xüsusilə külli miqdarda kreditlər verilməsi barədə heç bir məlumatım olmayıb”.

Xamisdən fərqli olaraq qardaşı Xəyyam təqsirləndirilən şəxsi tanıyır. O, Zahid Niftəliyevi bankda gördüyünü deyir: “Mən həmin vaxt bankın baş ofisində müştəri xidmətləri departamentinin baş xəzinədarı işləyirdim. Bu şəxsi də (Zahid Niftəliyevi işarə edir-red) bankın müştərisi kimi tanıyıram. Bankla "Şahin-CO" MMC arasındakı müqavilə əsasında ona kredit vermişik”.

Niftəliyev şüşə qəfəs arxasından şahidin dediklərini təkzib edib. Onu yalan danışmaqda ittiham edib.

Prosesin sonunda “Şlyapa Zahid”in vəkili müvəkkilinin yaxın günlərdə təcridxanada gözündən əməliyyat ediləcəyini bildirib. Bu səbəbdən növbəti iclasın nəzərdə tutulandan gec tarixə təyin edilməsini xahiş edib. Müdafiəçinin xahişi nəzərə alınaraq növbəti proses 21 gün sonraya təyin edilib. 

Qeyd edək ki, Z.Niftəliyev ötən il başqa cinayət işi üzrə külli miqdarda rüşvət almaqda təqsirli bilinərək 8 il 6 ay azadlıqdan məhrum edilib. Yeni cinayət işinə görə o, cəzaçəkmə müəssisəsindən istintaq təcridxanasına köçürülüb.

Xüsusi qeyd: Xüsusilə külli miqdarda mənimsəmə cinayətində iştirakı araşdırılan digər şəxslərlə bağlı DTX-də cinayət işi ayrılıb.

©Qafqazinfo

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

4 gündür qəza olub, ekspert qiymətləndirməyə gəlmir - “Atəşgah Sığorta”dan şikayət var

“Kiçik Mərdəkan qəsri” bərpa olunur - 700 min manat ayrıldı

Hündürmərtəbəli binalarda alternativ enerji mənbələrindən necə istifadə etmək olar?

Hündürmərtəbəli binalarda alternativ enerji mənbələrindən necə istifadə etmək olar?

Türkiyəyə şəxsi avtomobillə kimlər gedə bilərlər?

“Baku Bus” Bərdə, Mingəçevir, Tərtər, Zaqatala və "Sınıq Körpü"yə sərnişin daşımağa başlayır

FHN-nin idarə rəisi cərimələndi - İş məhkəməlik oldu

Asiya İnkişaf Bankına yeni prezident seçilib

Azərbaycana Türkiyədən bir kiloqramı 357 manata şəkər çuğunduru toxumu gətirilir - ÖLKƏLƏR, QİYMƏTLƏR

Azərbaycana Türkiyədən bir kiloqramı 357 manata şəkər çuğunduru toxumu gətirilir - ÖLKƏLƏR, QİYMƏTLƏR

"KARVAN BROKER" gömrük qaydalarını pozub

Rasim Məmmədovdan sonra da 3 milyonluq yeyinti olub

Bazarlarda sahibkarlar vergi orqanında uçotda olmalıdır, əks halda 6 000 manatadək sanksiya

Kapital Bank pərakəndə bankçılıq sahəsində iki beynəlxalq mükafata layiq görüldü®

Neqativ kredit tarixçəsi ilə bağlı ödənişsiz bildiriş almaq mümkün olacaq

Kəmaləddin Heydərov rəisi işdən çıxardı (FOTO)

Orada gizli seyf olubmuş - "Nazir və müşaviri nəzarət edirdi..."

Orada gizli seyf olubmuş - "Nazir və müşaviri nəzarət edirdi..."

Prezident Mərkəzi Nəbatat Bağının açılışında - FOTOLAR

Qubada 5 ha meyvə bağı 6,5 milyon manata satışa çıxarılıb

"Toyota"nın qlobal istehsalı ardıcıl doqquzuncu ay azalıb

Bakıda söküntü başladı: İki yeni park salınacaq - ÜNVANLAR

“İş yerləri olsa da, ya maaş qane etmir, ya da başqa səbəblər olur”

Avropa bazarına qısa baxış: Fransanın büdcəsi və Almaniyanın inflyasiya göstəriciləri

Avropa bazarına qısa baxış: Fransanın büdcəsi və Almaniyanın inflyasiya göstəriciləri

Sürücülərin növbəti imtahanının tarixi açıqlandı

Azərbaycanın daxili dövlət borcu bu il 1.3 mlrd. manat artıb

11 ayda valyuta hərraclarında 6.6 mlrd. dollar satılıb

Meksikadan Trampa xəbərdarlıq: "ABŞ-da 400 000 iş yeri bağlanacaq!"

Azad edilmiş ərazilərdə yeni yaradılan iş yerlərinin sayı açıqlanıb

Sabah bəzi yerlərdə yağış yağacaq

7 gün ardıcıl iş olmayacaq! - TƏQVİM

Türkiyənin Rəqabət Qurumu "Trendyol" ilə anlaşdı - DETALLAR

Türkiyənin Rəqabət Qurumu "Trendyol" ilə anlaşdı - DETALLAR

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin