Sosial
20.11.2024 / 14:25
Deputat: "Veteran pulu" cüzi də olsa, artırılmalıdır"
59801
"Veteran pulu" artırılmalıdır".
Valyuta.az xəbər verir ki, bunu deputat Ceyhun Məmmədov Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında 2025-ci ilin büdcə zərfinin müzakirəsi zamanı deyib.
"Veteran pulu"nda cüzi də olsa, artım olmalıdır. Burada söhbət 100 mindən çox insandan gedir. Artıq bu sosial sifariş kimi gündəmdədir", - o söyləyib.
Qeyd edək ki, 2019-cu ildə "Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü" təsis edilib və onun aylıq məbləği 80 manat müəyyən olunub.
©Modern. Az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay