BAKU Azərbaycan
13.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
58112

Günümüzdə hər hansı bir itən əşyanı tapan şəxsin mükafatlandırılması əsasən onun sahibinin səxavətinə bağlı olur. Yəni əşyanı tapan şəxsə hər hansı formada bəxşişin verilib-verilməməsinə qarşı tərəf qərar verir. İtən əşyalarla bağlı verilən elanlarda onu tapıb təhvil verənin mükafatlandırılacağı vəd edilir. 

Bəs qanunvericiliyə görə, belə şəxslərə bəxşiş verilməlidirmi?

“Qafqazinfo” xəbər verir ki, Mülki Məcəlləyə görə, itirilmiş əşyanı tapan şəxs tapıntı barədə onu itirmiş şəxsə, onun mülkiyyətçisinə, səlahiyyətli şəxsə və ya əgər mülkiyyətçi məlum deyilsə, polisə dərhal xəbər verməli və həmin əşyanı verməlidir. 

Şəxs tapılmış itən əşyanı qəbul edirsə, onu tapan şəxs tapılmış əşyanın dəyərinin beş faizinədək miqdarda bəxşiş tələb edə bilər. Bundan başqa, əşyanı tapan şəxs ondan əşyanın saxlanması xərclərinin əvəzini ödəməyi də istəyə bilər. Əmlakı tapan şəxs bu barədə məlumat verməyibsə və ya onu gizlətməyə çalışıbsa, bu halda bəxşiş almaq hüququ olmur.

Əşyanı tapan şəxs bu barədə polisə xəbər verdiyi vaxtdan 1 il müddət keçdikdən sonra əmlakın (əşyanı tapan şəxsə onun sahibi məlum olduğu və ya mülkiyyətçinin əşyanın itməsi barədə polisə bildirildiyi hallar istisna olmaqla) sahibi olmaq hüququ əldə edir. Əşyanı tapan şəxs ondan imtina edirsə, səlahiyyətli orqan 1 il keçdikdən sonra əşyanı hərracda sataraq fayda götürə bilər. Əşya azqiymətli olarsa, səlahiyyətli orqan onu pulsuz özgəninkiləşdirə və ya məhv edə bilər.  

Əgər tapıntı heyvan və ya tez xarab olan məhsuldursa, yaxud saxlanması böyük xərc tələb edirsə, 1  illik müddət tətbiq olunmur. Bu zaman əmlak özgəninkiləşdirilərək əldə edilmiş məbləğ əmlakın mülkiyyətçisinə qaytarılır. 

Qanunvericilik hətta dəfinə - torpağa basdırılmış və ya başqa üsulla gizlədilmiş pul və ya digər əşyaların tapılması məsələsinə də aydınlıq gətirir. Belə ki, Mülki Məcəlləyə görə, tapılan dəfinənin mülkiyyətçisini bəlli etmək mümkün olmadıqda, onun gizlədildiyi əmlakın (torpaq sahəsinin, tikilinin və s.) mənsub olduğu şəxslə onu aşkar etmiş şəxsin mülkiyyətinə verilir. Onların arasında hər hansı bir razılaşma olmadıqda, tapıntıya bərabər şəkildə sahib olurlar. 

Lakin dəfinə onun gizlədildiyi torpaq sahəsinin və ya digər əmlakın mülkiyyətçisinin razılığı olmadan qazıntı aparan və ya sərvət axtaran şəxs tərəfindən aşkar edildikdə, torpaq sahəsinin və ya əmlakın mülkiyyətçisinə verilməlidir. 

Aşkar edilən dəfinə tarix və ya mədəniyyət abidələrinə aid, elmi dəyəri olduqda dövlət mülkiyyətinə verilməlidir. Bu zaman onun gizlədildiyi torpaq sahəsinin və ya digər əmlakın mülkiyyətçisi və onu aşkar etmiş şəxs birlikdə sərvətin dəyərinin 50 faizi miqdarında bəxşiş almaq hüququna malikdirlər.

Bu şəxslərin özləri ayrı qayda müəyyənləşdirməyiblərsə, bəxşiş onların arasında bərabər bölünür. Dəfinə onun gizlədildiyi əmlakın sahibinin razılığı olmadan qazıntı aparan və ya sərvət axtaran şəxs tərəfindən aşkar edildikdə, bəxşiş bütünlüklə əmlakın mülkiyyətçisinə verilir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Universitetlərimiz beynəlxalq reytinqlərə düşmək üçün nə etməlidir?

Dünyada ən çox satılan 30 elektromobil markası – Siyahı

"Jeep" keçmiş brendini yenidən canlandıracaq

Bukingem sarayı 3 il müddətinə bağlanacaq

Bakının bu ərazisində işıq kəsiləcək

Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı?

Elon Mask üçüncü dünya müharibəsi barədə fikirlərini bölüşüb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

"The Sunday Times": Ukrayna "ölümcül soyuqlar"la üzləşəcək

Gündə 279 nəfər doğulub, 162 nəfər ölüb

İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək

154 illik "qızıl sikkə" dəyərinin 550 qatına satıldı

ABŞ-ın dövlət borcu tarixində rekord həddə çatıb

Kimlərə sosial yardım veriləcək? - İqtisadçı açıqladı

ÜST müşaviri xəbərdarlıq etdi: Yeni pandemiya riski artır

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb (Video)

"Rolls-Royce" və "Maybach" üçün yeni rəqib - FOTO

Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Rusiyadan Ermənistana milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?

DGK bu şirkətdən 1,1 milyonluq geyim alacaq

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

Maşını olanlar vergi versin - Deputatdan TƏKLİF

Neftin qiyməti 70 dollardan aşağı düşəcək - Ekspert

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin