BAKU Azərbaycan
12.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
57843

Metrodan gündəlik istifadə, xüsusən Bakı kimi böyük şəhərlərdə, ictimai nəqliyyatın ən səmərəli formalarından biridir. 

Valyuta.az xəbər verir ki, Bakı Metropoliteni şəhər daxilində böyük sərnişin axınına cavab verən əsas nəqliyyat vasitələrindən biri hesab olunur.

Metrodan istifadə insanların gündəlik həyatını asanlaşdırdığı kimi bu ictimai nəqliyyat növündən istifadə edərkən bəzi qaydalara riayət etmək vacibdir. Metroya yad əşyalar atmaq və ya zibilləmək qanunla ictimai nəqliyyatda qayda pozuntusu kimi tənzimlənir və bu cür davranışlara qarşı müxtəlif cəzalar nəzərdə tutulur. Azərbaycanda bu kimi qaydaların pozulmasına görə hüquqi məsuliyyət Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənir. 

Məsələ ilə bağlı "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov  bildirib ki, metrodan istifadə qaydalarına uyğun olaraq daima marifləndirmə işləri aparılır: "Metroya zibil qutuları qoyulmur. Bu, müntəzəm olaraq çatdırılır ki, əsas səbəb sərnişin təhlükəsizliyidir. Stansiyalar sanitariya və gigiyena baxımdan təmiz olması üçün lazım olan bütün tədbirlər görülür. Əlavə gün ərzində monitorinqlər aparılır. Metropolitenin sanitariya normalarına uyğun olaraq nəzarətdə saxlanılır və həftəlik olaraq stansiyalarda keçirilən iclaslarda xüsusi qiymətləndirmə aparılır. Bu məsələ daima diqqətdə saxlanıldığı üçün Bakı metropoliteni dünyada qabaqcıl olan ölkələr sırasında gedir. Metroda qaydaları pozanlarla bağlı bizim qurumun inzibati məsuliyyətə cəlb etmək səlahiyyəti yoxdur. Bu istiqamətdə adiyyəti qurumların tədbir görmək səlahiyyəti var".

Mövzu ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin əməkdaşı, polis leytenantı Lumu İsrəfilli cavab olaraq bildirib ki, metropolitendən istifadə qaydalarının pozulması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 306-cı maddəsi ilə tənzimlənir:

"Qanuna əsasən, stansiyaların vestibüllərini, keçidlərini və platformalarını, habelə eskalatoru və vaqonların salonunu zibilləməyə və ya həmin obyektlərin üzərində hər hansı yazılar yazmağa, məhdudiyyət çəpərləri və girişi qadağan edən nişanlar quraşdırılmış yerlərdən stansiyaya daxil olmağa, zərurət olmadan "sərnişin-maşinist" rabitəsindən istifadə etməyə görə on beş manat, eskalatordan sürahinin üstünə əşya qoymağa görə iyirmi manat, dəmir yoluna hər hansı əşya atmağa görə otuz manat, eskalatorun sürahisini çıxarmağa, zərurət olmadan "Stop" açarından istifadə etməyə, stansiyaların vestibüllərində, keçidlərində və platformalarında, vaqonlarda tütün çəkməyə, qatarın hərəkəti zamanı vaqonun qapılarını açmağa, qatarın yola düşməsini ləngitməyə, özbaşına dəmir yoluna düşməyə, qatarın idarəetmə kabinəsinə, xidməti-texniki otaqlara, ventilyasiya şaxtası köşklərinə, tunellərə və metropolitenin işçiləri üçün nəzərdə tutulan çəpərlənmiş ərazilərə daxil olmağa, açıq oddan, pirotexniki qurğulardan (fişəng, partlayıcı və sair) istifadə etməyə görə əlli manat, müvafiq icazə olmadan metropolitenin elektrik şəbəkəsinə elektrik işlədicilərini qoşmağa görə yetmiş manat, metropolitenin ventilyasiya şaxtası köşklərinə 25 metrdən yaxın məsafədə hər hansı əşya yandırmağa görə yüz manat məbləğində inzibati tənbeh tədbiri tətbiq olunur".

Qeyd edək ki, Metropolitendə dəmir yoluna hər hansı əşya atmağa görə cərimə kəskin artırılır. Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, dəmir yoluna hər hansı əşya atmağa görə 200 manat məbləğində cərimə təklif edilir. Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

© BAKU.WS

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"BYD" Türkiyədə Çin məhəlləsi qurur - 1 milyard dollarlıq invstisiya

Universitetlərimiz beynəlxalq reytinqlərə düşmək üçün nə etməlidir?

Dünyada ən çox satılan 30 elektromobil markası – Siyahı

"Jeep" keçmiş brendini yenidən canlandıracaq

Bukingem sarayı 3 il müddətinə bağlanacaq

Bakının bu ərazisində işıq kəsiləcək

Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı?

Elon Mask üçüncü dünya müharibəsi barədə fikirlərini bölüşüb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

"The Sunday Times": Ukrayna "ölümcül soyuqlar"la üzləşəcək

Gündə 279 nəfər doğulub, 162 nəfər ölüb

İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək

154 illik "qızıl sikkə" dəyərinin 550 qatına satıldı

ABŞ-ın dövlət borcu tarixində rekord həddə çatıb

Kimlərə sosial yardım veriləcək? - İqtisadçı açıqladı

ÜST müşaviri xəbərdarlıq etdi: Yeni pandemiya riski artır

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb (Video)

"Rolls-Royce" və "Maybach" üçün yeni rəqib - FOTO

Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Rusiyadan Ermənistana milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?

DGK bu şirkətdən 1,1 milyonluq geyim alacaq

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

Maşını olanlar vergi versin - Deputatdan TƏKLİF

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin