Saxta manatlar ödəmə terminallarından keçə bilir? - Rəsmi açıqlama
Sosial şəbəkədə etibarsız pulların "Etibarsızdır" yazılan hissəsini eyni rəngdə kağızlarla örtülərək ödəmə terminallarından keçdiyini əks etdirən görüntülər yayılıb. Bəs bu nə qədər realdır, həqiqətən ödəmə terminalları bu saxta pulları qəbul edir?
Valyuta.az olaraq bununla bağlı ölkənin ən çox ödəmə terminalları olan “MilliÖn” və “EManat” ilə əlaqə saxladıq.
“MilliÖn”ün dəstək xidmətindən bildirildi ki, sosial şəbəkədə yayılan bu videolar heç bir reallığa əsaslanmır. “MilliÖn” terminalları heç bir saxta əskinasları qəbul etmir.
“EManat”ın da müştəri xidmətlərindən verilən məlumatda deyilir ki, belə bir hal mümkün deyil:
“Bizim terminallar əskinasın hər hansı bir yerində narahatlıq olduğu zaman həmin pulu qəbul etmir. Bu əskinasların “EManat” terminallarına daxil edilməsi mümkün deyil. Daxil olunan vəsaitlər geri qaytarılır. Eynilə əskinasın üstündə hər hansı maneə olarsa, terminal onu qəbul etmir”.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay