BAKU Azərbaycan
21.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.894
  • 1 Rusiya rublu
    0.0183
  • 1 Türkiyə lirəsi
    0.0497
  • 1 İngiltərə funt sterlinqi
    2.2749
56606

“Azərbaycan Prezidenti İlham Əliyevin göstərişinə uyğun olaraq, gələn ildən minimum əməkhaqqı yenidən artırılacaq və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təklifləri gələn ayın 1-dək təqdim edəcəyi gözlənilir. Bizə ünvanlanan sualların bir qismi isə özəl sektorda maaş artımlarının olub-olmaması ilə bağlıdır”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb:

“Minimum əməkhaqqındakı artım, mülkiyyət növündən asılı olmayaraq, bütün sektorlarda minimum maaş alan işçilərin hamısını əhatə edir. Deməli, gözlənilən artımlar, həmçinin, özəl sektora da şamil olunur. Yəni heç bir sektorda minimum əməkhaqqı məbləğindən aşağı maaş ödənilə bilməz. Sadəcə, artımlar özəl sektorda hazırda minimum maaş alanlara şamil olunacaq. Məsələn, əgər vətəndaş özəl sektorda çalışıb 345 manat maaş alarsa, minimum əməkhaqqındakı artım ona şamil olunacaq. Minimum əməkhaqqında nə qədər artım olacaqsa, onun maaşı ən azı o qədər artmalıdır”.

Deputat bildirib ki, bununla yanaşı, əgər özəl sektorda çalışan şəxsin maaşı minimum əməkhaqqının yeni artımından sonra yaranan məbləğdən də çoxdursa, bu halda artıq orada dəyişiklik sahibkarın qərarından asılıdır:

“Məsələn, əgər özəl sektorda çalışan vətəndaş 800 manat maaş alırsa, minimum əməkhaqqındakı artımdan sonra onun gəlirinin artırılması birbaşa sahibkardan asılı olacaq. Minimum əməkhaqqı dəyişikliyi özəl sektorda yalnız minimum səviyyədə maaş alanlar üçün icbaridir. Daha yüksək maaş alanların əməkhaqqıları həmin sahibkarlıq subyektinin öz qərarından asılıdır. Bununla belə, minimum əməkhaqqındakı gözlənilən artımdan sonra, inflyasiya səviyyəsini də nəzərə alaraq, özəl sektorda da daha yüksək maaş artımlarına gedilməsi tövsiyəolunandır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Az-Kom Servis" barəsində protokol tərtib edilib

"Kia" avtomobillərində ciddi təhlükəsizlik problemləri aşkar edildi

ATU ilə deputata məxsus şirkət arasında 177 min manatlıq sövdələşmə

ABŞ-da dokerlərin kütləvi tətili başladı

"Sonsuz" enerji mənbəyi tapıldı, amma... - 20 milyon il enerji istehsal edə bilər

Keçmiş işçisi ilə "Arash Medical" arasında nə baş verib

"Samsung" gələn ildən süni intellekti pullu edəcək

ABŞ-dan xəbərdarlıq: 40 aviaşirkət şübhəli hissələri olan "Boeing 737"dən istifadə edə bilər

Nazir müavini: "Zəngəzur dəhlizi təhlükəsiz tranzit marşrut rolu oynayacaq"

"160 yeni elektrik mühərrikli avtobus noyabrda istifadəyə veriləcək"

Valyuta tənzimi qaydalarını pozan şirkət məhkəmə qarşısında

Bankın Müşahidə Şurasının üzvlərindən biri vəzifəsindən ayrılıb

Türkiyə vətəndaşları AZAL-ı məhkəməyə verib

“Kəşbək banklar üçün xərcdir” - Əkrəm Həsənov

Özəl sektorda da maaşlar artacaq? - Açıqlama

Xaricdən ət alışına çəkdiyimiz xərc 26 milyon dollar artıb - Rəqəmlər

"Auto Azərbaycan"ın işi məhkəmədə - İdxal qaydalarını pozub

Sahələrdən 25 min ton günəbaxan yığılıb - Məhsuldarlıq artıb

XİN deputata məxsus olduğu deyilən şirkətdən 380 minlik maşın və avadanlıq alır

DTX hərbçilərinin maaşı ARTIRILDI

Azərbaycanın Rusiyadakı yeni səfiri kimdir? - DOSYE

69 500 abonent qazsız qalacaq

69 500 abonent qazsız qalacaq

Orta aylıq nominal əməkhaqqı artıb - Bu rəqəmlər nə qədər realdır?

Mərkəzi Bankın valyuta ehtiyatları 21 %-ə yaxın artıb

Azərbaycanda pul bazası 17 %-ə yaxın artıb

Sahil Babayev: "Minimum əməkhaqqı və pensiyanın artırılması ilə bağlı təkliflər hazırlanıb"

İşçilərin məmnunluğunu artıran müasir iş rejimi - Necə tətbiq etməli?

İlham Əliyev Rusiyaya səfir təyin etdi (FOTO)

Hansı yükdaşıma şirkəti daha sərfəlidir? - Qiymətlər

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin