“DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısı”nda dəyişiklik edildi - FƏRMAN
“DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısı”nda dəyişiklik edilib.
Valyuta.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb.
Dəyişikliyə əsasən, əmək pensiyası və sosial müavinət sahələrində göstərilən xidmətlər valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla beş və daha çox uşağı olan və ya əlilliyi müəyyən edilmiş uşağı olan qadınlara və kişilərə də şamil ediləcək.
Eyni zamanda, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla beş və daha çox uşağı olan və ya əlilliyi müəyyən edilmiş uşağı olan qadınlara və kişilərə aylıq müavinətlər (yaşa görə, o cümlədən) təyin ediləcək.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay