BAKU Azərbaycan
6.03°C
  • USD
    1.7
  • EUR
    1.736
  • RUB
    1.668
  • TRY
    0.048
  • GBP
    2.0636
55900

Azərbaycanda artıq neçə illərdir ki, “Elektron hökumət” (E-hökumət) portalı fəaliyyətdədir. Bu portal müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və e-xidmətlərin göstərilməsininə şərait yaradır.

Bu o deməkdir ki, dövlət qurumları arasında yazışmalar elektron qaydada aparılır və kağız kargüzarlığından imtina edilib.

Lakin nədənsə bəzi dövlət qurumları hələ də vətəndaşlardan kağız sənəd tələb edir.

Bu gün səhiyyə, təhsil və əhalinin daha geniş spektri ilə işləyən bəzi qurumlarda hələ də kağız yazışmaları qalmaqdadır. Ən qəribəsi də odur ki, bəzi dövlət qurumları öz aralarında yazışmaları da elektron qaydada yox, kağız üzərindən aparırlar. Bundansa ən çox əziyyət çəkən vətəndaşlardır.

Şagirdlərin yerdəyişməsində, bölgədən gələn xəstələrin qəbulunda və digər məsələlərdə vətəndaşlardan kağız sənəd tələb edilir. Halbuki, Ölkə Başçısının müvafiq fərmanına əsasən bütün bunlar elektron qaydada və vətəndaşın iştirakı olmadan aparılmalıdır.

“Dövlət qurumları arasında bütün yazışmalar elektron qaydada aparılmalıdır”

Valyuta.az xəbər verir ki, məsələ ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən VI çağırış Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, “E-hökümət”ə  keçilibsə o zaman kağız sənədin tələb olunması yanlışdır.

“Bu məsələyə də münasibət birmənalı şəkildə bildirilməlidir. Dövlətin müəyyən prinsipləri var. Bu prinsiplərdən biri olan sadələşmə prosesinə keçid, həm də Ölkə Başçısının strategiyasıdır. Necə ki, ASAN Xidmət modelini tətbiq etməklə Respublika Prezidenti bütün dövlət sektoruna mesaj verdi ki, vətəndaşlara qarşı həssas olmalı, süründürməçilikdən və bürokratik əngəllərdən qaçılmalıdır. Ona görə də dövlət qurumları arasında bütün yazışmalar, sorğular elektron qaydada aparılmalıdır, vətəndaş əlavə vaxt və maddi itkidən azad olmalıdır.  

Hesab edirəm ki, bu prosesin sürətlənməsi üçün vətəndaşlar da daha cəsur olmalı, dövlət qurumları qarşısında öz hüquqlarını müdafiə etməlidirlər”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Zen Construction Group" barəsində inzibati xəta protokolu

"Qızıl bu il yeni bir rekord səviyyəyə çatacaq" - "UBS"

Daha bir ölkə məktəblərdə telefon istifadəsini qadağan etdi

"TikTok" texnologiya milyarderinə "yox" deyir

"TikTok" texnologiya milyarderinə "yox" deyir

ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzalayıb

"Goldman Sachs" Alman nəhənglərinin reytinqini aşağı saldı - "Euronews"

"BP" IV rüb üzrə mənfəətinin azalacağını proqnozlaşdırdı - Reuters

"Amazon"dan Meksikaya 5 milyard dollarlıq investisiya qərarı

"Azərenerji" 593 min manatlıq boya alır

"Agro store" MMC inzibati xəta törədib

Plastik cərrahlar efirlərə buraxılmayacaq

Qlobal inflyasiya 2028-ci ilə qədər yüksək səviyyədə davam edəcək - Hesabat

İdarəçilik qaydalarını pozan şirkət cərimələnir

"Ölkənin heç vaxt bu qədər dövlət borcu olmayıb" - Fransız nazir

Ötən il 9.8, bu il 6.1 milyon... - Gəncənin yolları yenə təmir edilir

Utilizasiyaya verilmiş nəqliyyat vasitələrinin sayı və ödənişlərin həcmi AÇIQLANIB (FOTO)

Nəhmət Rəhmanova yüksək vəzifə verildi

Sabah bu ərazidə qaz olmayacaq

Penitensiar Xidmətin 6 milyonluq tenderi ləğv edildi

Penitensiar Xidmətin 6 milyonluq tenderi ləğv edildi

“Xalq Sığorta”nın rəhbərliyində təyinatlar olub

Saray körpüsünün tikintisi bu tarixdə başa çatacaq – RƏSMİ

Agentliklə şirkət arasında lizinq mübahisəsi

Bələdiyyə seçkilərində seçicilərin və müşahidəçilərin sayı açıqlanıb

Ötən il Vladimir Zelenskinin aylıq maaşı 1 128 manat olub

2 nəfərdən başqa bütün deputatlar əlaqə nömrələrini açıqladılar –Tam siyahı

1,5 milyonluq müəssisə təşkilati-hüquqi formasını dəyişir

Maykl Saylor “Bitcoin”dən danışdı - "Microsoft" və "Nvidia"nı tənqid etdi

“Landmark” niyə 120 milyona satılır? - Rəsmi açıqlama

“Landmark” niyə 120 milyona satılır? - Rəsmi açıqlama

23 satınalma müqaviləsi bağlayan şirkət etibarsız təchizatçı çıxdı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin