Gələn il pensiyalar nə qədər arta bilər?
2025-ci ildə Azərbaycanda sosial müdafiə və sosial təminat xərclərinin 4 milyard 998 milyon manat olması nəzərdə tutulur.
Bu, 2024-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 13,8 % çoxdur.
İlin sonuna 3 aydan bir qədər artıq vaxt qaldığı üçün pensiya və maaşların artması məsələsi yenidən gündəmə gəlib.
Azərbaycanda sosial müdafiə və sosial təminat xərclərinin artırılmasını nəzərə alsaq, bunun pensiya necə təsir edəcəyi maraqla qarşılanır.
Valyuta.az xəbər verir ki, Modern.az bu barədə araşdırma aparıb.
Qeyd edək ki, Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyasının sığorta hissəsi, qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir.
2024-cü ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 8,3 faiz artaraq 1002,4 manat təşkil edib.
İlin sonuna artım bu templə davam edərsə əmək pensiyalarının sığorta hissəsi bu həddə indeksləşdiriləcək.
Hazırda ölkə üzrə aylıq pensiyanın orta məbləği 491 manatdır və orta aylıq əməkhaqqının 49 faizinə bərabərdir.
Orta nominal əmək haqqının artımı 8 faiz ətrafında olarsa gələn il 491 manat pensiya alanların təqaüdü 39 manat artaraq 530 manata çata bilər.
Mütəxəssislərin fikrincə 2025-ci il dövlət büdcəsində sosial xərclərin 14 faizlik artımı minimum pensiyaların da artımına təsir edə bilər.
Pensiyaların minimum məbləği sonuncu dəfə 2023-cü ilin fevralın 1-də artırılaraq 280 manata çatdırılıb.
Qanuna görə sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir.
Qeyd edək ki, 2024-cü ilin 8 ayınının nəticələrinə görə Azərbaycanda illik inflyasiya 1,3 faiz təşkil edib.
İlin sonuna istehlak qiymətlərinin dəyişməsi barədə proqnozlar fərqlidir.
İqtisadiyyat Nazirliyi 2024-cü ildə ölkədə illik inflyasiyanın 2,7 faiz olacağını gözləyir.
Birləşmiş Millətlər Təşkilatının proqnozlarına görə, bu il Azərbaycanda orta illik inflyasiya 5,9 faiz təşkil edəcək.
Beynəlxalq Valyuta Fondu bu il Azərbaycanda orta illik inflyasiyanı 4,7 faiz gözləyir.
Dünya Bankının qiymətləndirmələrinə görə 2024-ci ildə Azərbaycanda orta illik inflyasiya 5,8 faiz təşkil edəcək.
Göründüyü kimi höküməıtin və beynəlxalq təşkilatların inflyasiya proqnozları 4-6 faiz diapazonunda dəyişir.
Proqnozlar özüdü doğruldarsa gələn ilin əvvəlində sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı təxminən 5 faiz artırılacaq.
Ünvanlı sosial yardımlar, yaşayış minimumu göstəriciləri inflyasiya rəqəminə uyğun olaraq müəyyənləşəcək.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay