BAKU Azərbaycan
19.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8896
  • 1 Rusiya rublu
    0.0193
  • 1 Türkiyə lirəsi
    0.05
  • 1 İngiltərə funt sterlinqi
    2.2403
51820

İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən tikinti-quruculuq və bərpa işlərinin geniş miqyas alması həmin bölgədə məşğulluq imkanlarını da artırıb. Bir çox vətəndaşlarımızı işğaldan azad olunan ərazilərimizdəki iş imkanları maraqlandırır.

Bu məqsədlə işğaldan azad olunmuş ərazilərdə hansı peşə sahiblərinə daha çox ehtiyac var? - sualı ilə Dövlət Məşğulluq Agentliyinə müraciət etdik.

Agentlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, hazırda Laçın rayonu, Zəngilan rayonunun Ağalı kəndi, Füzuli şəhəri, Cəbrayıl rayonu, Şuşa şəhəri, Xankəndi əraziləri üzrə aktiv vakansiya və iş imkanları mövcuddur.

Bu iş imkanlarından yararlanmaq istəyən vətəndaşlarımız Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin elektron xidməti olan "Əmək və məşğulluq" altsistemində yaradılan vakansiya bankına daxil ola, orada yerləşdirilən boş iş yerləri arasındakı işğaldan azad olunan ərazilər üzrə olan vakansiyalarla tanış ola və seçim edə bilərlər.

"Hazırda həmin ərazilərdə tikinti, bərpa, yenidənqurma işləri aparıldığı üçün məskunlaşma imkanları üçün təqdim edilən vakansiyalar əsasən mühəndis, usta, fəhlə, elektrik, kassir, satıcı, operator, ictimai iaşə və xidmət sahələrini əhatə edir.

Vakansiyalar üzrə tələblər və əməkhaqqı isə işəgötürən tərəfindən tənzimlənir və bu, vəzifəyə görə dəyişir.

Təhlillərə əsasən, vakansiyalar köç prosesinin həyata keçirildiyi və köçün planlaşdırıldığı əraziləri əhatə edir.

Həmçinin qeyd edək ki, işğaldan azad olunan ərazilərə gedərək orada çalışmaq istəyən şəxslər üçün agentlik tərəfindən də dəstək mexanizmi qurulub. Belə ki, agentliyin rəsmi saytında "Qarabağda iş imkanları" bölməsi yaradılıb və işəgötürənlər tərəfindən quruma təqdim edilən vakansiyalar barədə məlumatlar yer alıb.

Burada vakansiyanı təqdim edən şirkət, vakansiya tələbləri, iş rejimi, əməkhaqqı və digər məlumatlarla ətraflı tanış olmaq mümkündür.

Namizədlərin öz CV-lərini yönləndirə bilmələri üçün elektron mail ünvanı da yaradılıb və həmin bölmədə qeyd edilib. Vakansiyaya müraciət etmək istəyən şəxslər həmin elektron poçt ünvanına öz məlumatlarını yollaya bilərlər.

Bundan başqa işğaldan azad olunan ərazilərdə çalışmaq istəyən vətəndaşlar agentliyin regional məşğulluq filiallarına və DOST Mərkəzlərinə müraciət edə bilirlər. Bu zaman müraciət edən şəxslərin məşğulluq imkanları qiymətləndirilərək onların uyğunluğu müəyyən edilir və göndərişlər formalaşdırılır", - deyə məlumatda vurğulanır.

Qeyd edək ki, bu günlərdə mətbuata açıqlama verən Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Ümid İsazadə bildirmişdi ki, bir çox fəaliyyət sahələri var ki, həmin vakansiyalar üzrə əmək fəaliyyətinə cəlb olunacaq şəxslər asanlıqla tapılmır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Yaponiyada heyrətamiz xidmət: Yaşlı insanlar icarəyə verilirlər

Hamı Bakının bu qəsəbəsindən torpaq alır - Səbəb

Cəlilabadda üzüm yığımı davam edir, məhsulun qiyməti iki dəfə ucuzlaşıb

Miqrenin müalicəsində inqilabi kəşfə imza atan azərbaycanlı alim DANIŞDI

Aliment ödəməkdən yayınmağa çalışanların əmlakı müsadirə oluna bilər (VİDEO)

Ailə başçısı: "Dörd qızı oxudanlar da cənnətlə mükafatlandırılırmı?"

"Attestatla qəbul" tələsinə düşənlər: Kimdir günahkar?

Dondurulmuş ətlərə möhtac qala bilərik

Hazırda Azərbaycanda kütləvi yayılan yeni virus nədir?

General-mayora Müdafiə Nazirliyində vəzifə verilib

General-mayora Müdafiə Nazirliyində vəzifə verilib

İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı artırılacaq

Ədliyyə Nazirliyinin səlahiyyəti azaldıldı

Hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə dövlət maliyyə dəstəyi göstərəcək

Pis qoxu və üfunət... - Abşeronda kanalizasiya problemi (VİDEO)

Azərbaycanlı tələbə dünyanın ən yaxşı 7-ci universitetinə qəbul olundu

Paytaxtdakı bu yenilik sürücülərdə narazılıq yaratdı

Türk iş adamı Azərbaycanda şirkətlər qrupu yaratdı

Türk iş adamı Azərbaycanda şirkətlər qrupu yaratdı

Maaş və pensiyaların artımı ilə bağlı qərarlar gözlənilir

Sabah hava yağmursuz keçəcək

Elektrik kabusları: Binalardakı yanğınlara görə məsuliyyət kimin üzərinə düşür?

Azərbaycan nefti ucuzlaşıb

Bu gün bu yollarda hərəkət istiqaməti dəyişdiriləcək

Selena Qomes milyarder oldu

Böyük Qayıdış: Şuşa şəhərinə daha 91 nəfər yola salınıb

Regional Qaz İdarəsinə yeni rəis təyin olunub

Azərbaycanda uşaqlara görə nə qədər sosial müavinət verilir? (SİYAHI)

Kreml “Sibirin Gücü - 2” üzrə danışıqların gedişindən danışdı

ABŞ Rusiyadan gübrə alışını yenidən artırmağa başlayıb

Moldovadada “Zolotaya korona” pul köçürmə sisteminin fəaliyyəti dayandırıldı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin