BAKU Azərbaycan
1.03°C
  • USD
    1.7
  • EUR
    1.75
  • RUB
    1.6396
  • TRY
    0.0478
  • GBP
    2.0777
51815

Adətən aldığımız məhsul və xidmətlərin dəyərini onlardan istifadəyə başlamamışdan əvvəl ödəməli oluruq. Hətta onların keyfiyyətli olub-olmadığından əmin olmadan belə.

Bəs əməkhaqqını necə, əvvəlcədən almaq mümkündür? Ümumiyyətlə, işçiyə maaş nə vaxt verilməlidir? Qanunla əməkhaqqı ödənişinin gecikdirilməsinə görə məsuliyyət nəzərdə tutulub? 

Aydın məsələdir ki, şəxs əməkhaqqını vaxtında aldıqda planlaşdırdığı xərcləmələrini etmək və ya borclarını vaxtında ödəmək imkanı əldə edir. Ödənişlərini vaxtında edə bilməmək isə şəxsi  planlaşdırdığı xərcləmələrdən məhrum etməklə yanaşı, əlavə zərərə (ödənişin gecikməsinə görə əlavə cərimə faizləri) gətirib çıxara bilər.  

“Qafqazinfo” xəbər verir ki, Əmək Məcəlləsinin 172-ci maddəsinə görə, aylıq əməkhaqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əməkhaqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Lakin kollektiv müqavilədə, yaxud əmək müqaviləsində əməkhaqqının verilməsinin başqa müddətləri də müəyyən edilə bilər. 

Məcəlləyə görə, əməkhaqqının verilməsi günü istirahət, iş günü hesab edilməyən bayram, səsvermə, həmçinin ümumxalq hüzn günlərinə təsadüf etdikdə, o həmin günlərdən əvvəlki gündə verilməlidir.

Bundan başqa, işçi işdən çıxarkən ona düşən bütün ödənişlər tam məbləğdə işdən çıxdığı gün almalıdır.

Eyni zamanda, işçinin əmək kitabçasının əmək müqaviləsinə xitam verildiyi gün verilməsi işəgötürənin təqsiri üzündən ləngidildikdə, işçiyə digər müəssisədə işə düzələ bilmədiyi bütün müddət üçün orta əməkhaqqı ödənilməlidir.

Əmək Məcəlləsinin 178-ci maddəsinin 1-ci hissəsində isə deyilir ki, işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq, işçiyə əməkhaqqını müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əməkhaqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir. 

Qanunvericiliyə görə, əməkhaqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əməkhaqqının azı bir faizi məbləğində ödənc (əlavə ödəniş) verilməlidir. Məsələn, işçinin  aylıq əməkhaqqısı 1000 manatdır. İşəgötürənin təqsiri üzündən ödəniş 20 gün gecikərsə işçiyə əməkhaqqı ilə yanaşı, 200 manat da ödənc verilməlidir.    

Burada “işəgötürənin təqsiri üzündən gecikdirildikdə” dedikdə, əməkhaqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əməkhaqqının ödənilməsi nəzərdə tutulur. Bank tərəfindən əməliyyatların düzgün aparılmaması, müəssisəyə olan borcların ödənilməməsi nəticəsində işçilərin əməkhaqqını vaxtında verməyə işəgötürənin imkanı olmadığı hallar isə bura aid edilmir.

Konstitusiya Məhkəməsi Plenumunun 11 aprel 2023-cü il tarixli Qərarında deyilir ki, əməkhaqqının gecikdirilməsinə görə ödəncin verilməsi qaydası fərdi əmək mübahisəsi yarandığı halda da tətbiq edilməlidir. Yəni, “hər gecikdirilmiş gün üçün işçiyə əməkhaqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir. 

Qərarda bildirilir ki, əmək müqaviləsinin şərtlərindən biri vaxtında işçiyə əməkhaqqının ödənilməsidir. Bu şərt əmək müqaviləsinin əvəzli xarakterindən irəli gəlir, əmək müqaviləsi bağlanarkən tərəflər işçinin müəyyən növdən və ixtisasdan asılı olan əməyi hansı miqdarda yerinə yetirməli olduğu və işgötürənin bu əməyə görə hansı miqdarda əməkhaqqını ödəməli olduğu barədə razılığa gəlirlər.

Qanunvericiliyə görə, işçi əməkhaqqı ödənişi ilə bağlı hüququnun pozulduğunu aşkar etdiyi gündən bir il ərzində ödəncin verilməsi barədə məhkəməyə müraciət edə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Mikayıloğlu" şirkəti üçün 25 min manatlıq cərimə təhlükəsi

Çexiya Rusiya neftindən imtina edir

Sosial Xidmətlər Agentliyi ofis və anbar icarəsi üçün 1 milyon manat ayırdı

"Shazeli Group" 5000 manat cərimələnə bilər

Bərpa, Tikinti və İdarəetmə Xidməti bu şirkətə 6 milyonluq sifariş verdi

İnzibati xəta protokolu - "SHAH GROUP OF COMPANIES"

Çinin insanabənzər robotları "iPhone" zavodlarında işləyəcək

Dövlət qurumu icarə müqaviləsinə görə şirkəti məhkəməyə verdi

"Tural-A" MTK-yə cərimə protokolu

Belçika "Apple" şirkəti barəsində "qan mineralları" iddialarını araşdırır

Şirkət və vergi orqanı arasında 5,6 milyonluq qalmaqal

Tramp administrasiyasının planları - "Federal işçilərin uzaqdan işləməsinə son veriləcək"

Prezident İlham Əliyev Davosda Almaniya Kansleri ilə görüşüb

Agentliyin 5 milyonluq tenderi ləğv edildi

Bu qurumda 400-ə yaxın əməkdaş işdən çıxarılıb - Açıqlama

Bazar icarədarları üçün yeni QAYDALAR

Bazar icarədarları üçün yeni QAYDALAR

Kənd təsərrüfatı məhsullarının dəyəri 13 milyarda çatıb

Metroda cərimələr niyə 13.3 dəfə artırıldı? - Açıqlama

Dövlət Xidməti: Məhkumluq arayışları vahid internet portaldan əldə olunacaq

Bu ölkələrdən gətirilən kartof, bibər və konfetdə zərərli orqanizm aşkarlandı

Ümumi təhsil müəssisələrinin növlər üzrə meyarlarında dəyişiklik edilib

Azərbaycanlı iş adamı Rusiyada ticarət kompleksi aldı

Azərbaycanlı iş adamı Rusiyada ticarət kompleksi aldı

İlham Əliyev Davosda İraq Prezidenti ilə görüşüb

Yasamala yeni DYP rəisi təyin edildi

Məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlir növlərinin əhatə dairəsi genişlənir

BTC kəməri ilə nəql edilən neftin 80%-dən çoxu Azərbaycanda hasil edilir

Azərbaycanda əlillər əl işlərinin internetdə satışına görə sosial vergi ödəməyəcək

Tullantı suyunun istifadəsi ilə bağlı yeni standart qəbul edildi

Bakıda 5 milyonluq ev satışa çıxdı - İmarət alıcıya nə vəd edir?

Bakıda 5 milyonluq ev satışa çıxdı - İmarət alıcıya nə vəd edir?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin