BAKU Azərbaycan
34.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8337
  • 1 Rusiya rublu
    0.0192
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1664
50935

Bir çox ailələrdə ailə üzvlərinin yalnız bir nəfəri işləyir. Bu zaman da ailənin bütün qayğıları həmin şəxsin üzərinə düşür. Bəzi şəxslər də ailənin digər üzvlərinin çalışmasını da məqsədə uyğun hesab edilər. Ailədə tək çalışan olan şəxsin özünə əziyyət verdiyi, çətin yükün altına girdiyini düşünürlər. Maraqlıdır, bir nəfərin bütün ailənin maddi qayğılarını üzərinə götürməsi nə dərəcədə doğrudur? 

Valyuta.az mövzunun həm iqtisadi, həm də psixoloji tərəfini ekspertlərlə müzakirə edib.

İqtisadçı ekspert Elşad Məmmədov deyir ki, hazırkı şəraitdə statistik olaraq ailədə bir nəfərin işləməsi ailələrin iqtisadi problemlərinin həlli üçün yetərli hesab oluna bilməz. Bu problemlərin həlli üçün ailədə işləyənlərin sayının bir nəfərdən çox olması əksər hallarda zəruri və məqsədə uyğun olur:

“İnflyasiyanın alıcılıq qabiliyyətinə təsirləri, hazırkı iqtisadi modeldə istehlakın daim müvafiq həddən aşağı düşməməsinin vacibliyi onu deməyə imkan verir ki, ailədə işləyənlərin sayı müvafiq olaraq azalmamalıdır. Bütün bunlar iqtisadi nöqteyi nəzərdən vacibdir. Digər tərəfdən isə, hazırda iş yerləri ilə daha çox ailə üzvlərinin təmin olunması həmin ailə üzvlərinin intellektual inkişafı baxımından çox vacibdir. Bu daim öz peşə imkanları çərçivəsində öz üzərində işləmək, daim innovativ qərarlarla uzlaşmaq deməkdir. Təbii olaraq intellektual nöqteyi nəzərdən daha inkişaf etmiş ailələrdə və cəmiyyətlərdə ailələrdə birdən çox adamlar işləyirlər”.

Ekspert bildirdi ki, bu məsələnin makroiqtisadi nöqteyi nəzərdən də önəmi var:

“Bu, daha çox insan kapitalının inkişafı deməkdir. Daha çox işçi qüvvəsinin, əmək resurslarını iqtisadiyyatda iştirakıdır ki, bu da, hər bir iqtisadiyyatın güclənməsinə çox mühüm stimullaşdırıcı təkandır. Müasir şəraitdə bir nəfərdən çox ailə üzvlərinin işləməsi məqsədə uyğun hesab olunmalıdır”. 

Klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov deyir ki, müasir dövrün ailələrində maddi və mənəvi məsuliyyət bir nəfərin üzərində olmamalıdır:

“Məsuliyyətləri bölüşmək cütlüklərin münasibətlərini müsbət istiqamətdə inkişaf etdirir. Ailə şəxsə və ya şəxslərə yük düşüncəsini yaratmamalıdır. Ailədə bir nəfərin çalışması, şəxsin psixoloji gərginliyinə səbəb yaratmış olacaq. Maddi çətinliklər psixoloji narahatlığa təhrik edir. Ailədə avtoritar düşüncənin formalaşması maddi asılılıqdan yaranır. Şəxsin əmək fəaliyyətində olan gərginliyi ailədə də özünü göstərir. Psixoloji gərginliyi olan şəxsin ailədə də davranışları aqressiv olur”.

Psixoloqun sözlərinə görə, sosial rifah üçün şəxs daha çox çalışmaq məcburiyyətində qaldığı üçün stress keçirir:

“Maddi çətinliklər şəxsin psixoloji pozuntularının ortaya çıxmasına səbəblər yaratmış olur. Davamlı stressdə olan şəxs ailədə davranışlarını tənzimləyə bilmir. Psixoloji halı nizamsız olan şəxslər müxtəlif asılılıqlardan əziyyət çəkirlər. İntihar hallarında da maddi səbəblər hər zaman müşahidə edilir. Ailənin yükünü çəkən bir nəfərin həyatı olmur. Yaşamaq səbəbi ancaq maddiyyata bağlı olur. Zaman keçdikcə şəxs özünü unudur. Zövqlərini və istəklərini yaşamaq siyahısından çıxarır”. 

R.Nəcəfov bildirdi ki, bir nəfərin ailənin maddi məsuliyyətini üzərinə götürməsi şəxsdə davamlı psixoloji narahatlıqlar yaradır:

“Ailədə hansısa müsbət və ya mənfi hallara görə müvəqqəti olaraq maddi məsuliyyət bir nəfərin üzərinə düşə bilər. Amma davamlı olduğu halda, şəxsin psixoloji yorğunluğu ailəyə münasibətində də özünü biruzə vermiş olacaq. Ailədə bir nəfərə yükün düşməsinə səbəb varsa, şəxs bunun müvəqqəti olduğunu dərk edir və düşüncəsini sağlam tutur. Ailədə sağlam düşüncə olmalıdır ki, bütün maddi və mənəvi çətinliklərin öhdəsindən gəlmək olsun. Maddi çətinliklər mənəvi çətinliklərin səbəbi olduğu halda ailə dağılır”.

Psixoterapevt vurğuladı ki, şəxsin maddi çətinliklərini uşaqlara izah etmək olmur. Uşaqların da maddi istəkləri şəxsin həyata baxışını maddiyyata yönəldir:

“Hər kəs övladına daha yaxşısını vermək istəyir. Daha yaxşının qiyməti də daha yaxşıdır. Yaşadığımız dövrün tələbləri maddiyyat üzərində formalaşıb və formalaşmağa da davam edir. Ailədə maddi çətinliklərə görə yaranmış mənfi mühit uşağın da psixologiyasını nizamsızlaşdırır. Gələcək üçün sağlam övlad yetişdirmək həm mənəvi, həm də maddi məsuliyyət tələb edir”.

Əvəz Həsənov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bakı-Şamaxı yolundakı sürüşmə sahəsində çatlar yaranıb, proses aktiv fazadadır

Azərbayanda 255 min manatlıq şirkət ləğv edilir

“Azəri-Çıraq-Günəşli”nin gəlirləri açıqlandı

Sabah 37 dərəcə isti olacaq

Mərkəzi Bank: "Bugünkü hərracda tələb 61,3 milyon dollar təşkil edib"

Xaricdən dərman alışında 70 milyon dollardan çox azalma – Rəqəmlər

Mütəxəssis:Vətəndaş həkimdən elektron resept tələb edə bilər

Azərbaycanda "halal hotel" sertifikatı veriləcək

Sahələrdən 2 milyon tondan çox taxıl yığılıb

Azərbaycanda elektrobus istehsalına başlanılır - xarici bazarlara çıxa biləcəkmi?

Şimşək çaxıb, leysan yağıb- Faktiki hava

"Günay Sığorta" ləğv olunur

Bostanda 20, marketlərdə 60 qəpiyə olan qarpız – Marketlər niyə baha satır?

Magistraturaya 13 mindən çox bakalavr qəbul olunub

Rusiyada illik inflyasiya 9%-i keçdi

"BakuBus" yeni marşrut xəttini istifadəyə verib

Əkin üçün noxudun idxalına güzəşt müddəti 2 ay artırılıb

İşdə problem yaradan işçilərə necə yanaşmaq lazımdır?

ÜDSY-nin məbləği 2,68% artıb

Azərbaycan və Özbəkistan Mərkəzi Bankları arasında anlaşma memorandumu imzalanıb

Dəmiryol nəqliyyatında hərəkətin təşkili ilə bağlı siyahı təsdiq edilib

II və III ixtisas qrupları üzrə qəbul imtahanının vaxtı məlum olub

II və III ixtisas qrupları üzrə qəbul imtahanının vaxtı məlum olub

“Naxçıvan Bank”ın səhmləri dövriyyədən çıxarılır

Aqrar sektorda fəaliyyət göstərənlərə 30 milyon manatdan çox güzəştli kredit verilib

Bitcoin və Etherium ucuzlaşmaqda davam edir - Kriptovalyutaların qiymətləri

Çində süni intellekt sənayesinin həcmi 70 milyard dolları ötüb

Bakıdan Naxçıvana avtobus reyslərinin sayı artırılacaq? - AÇIQLAMA

Energetika Nazirliyinə I yarımildə 3 minə yaxın zəng daxil olub

Paris Olimpiadası ləğv edilir?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin