BAKU Azərbaycan
25.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.817
  • 1 Rusiya rublu
    0.0199
  • 1 Türkiyə lirəsi
    0.0515
  • 1 İngiltərə funt sterlinqi
    2.1461
50762

Azərbaycanda şəhid ailələrinin hüquqları artırılır.

Valyuta.az-ın xəbərinə görə, bu, Milli Məclisin bugünkü iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanuna dəyişiklik layihəsində əksini tapıb.

Dəyişikliklə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəhid ailəsinin üzvü vəfat etdiyi, habelə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəxsə sonradan şəhid statusu verildiyi halda, həmin uçot onun ailə üzvləri üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş qaydada saxlanılacaq.

Şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, rifah halının daim yaxşılaşdırılması ölkə başçısının bilavasitə rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Çoxşaxəli sosial müdafiə tədbirləri nəticəsində hazırda 20 adda təminat və sosial qayğı ilə əhatə olunmuş şəhid ailələrinin mənzil problemi də dövlətin xüsusi nəzarətindədir.

Bu baxımdan, şəhid ailəsinin üzvlərinə münasibətdə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçotun saxlanılması ilə bağlı dəyişikliyi nəzərdə tutan layihə bu sahədə növbəti müsbət addım olaraq dəyərləndirilməlidir. Belə ki, mövcud qanunvericilik sistemində yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəhid ailəsinin üzvü vəfat etdiyi, habelə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəxsə sonradan şəhid statusu verildiyi halda, həmin uçotun onun ailə üzvləri üçün saxlanılması və yaxud saxlanılmaması ilə bağlı müddəa nəzərdə tutulmayıb.

Qanun layihəsi məhz həmin kateqoriyaya aid olan subyektlərin mənzil şəraitinin yaxşılaşdırılması və yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçot alınma üzrə normativ tənzimləmənin təkmilləşdirilməsi məqsədilə hazırlanıb.

Müzakirələrdən sonra dəyişiklik layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bakı-Sumqayıt avtobuslarında gedişhaqqı 70 qəpik oldu

Avtobus və metroda sərnişindaşımanın qiyməti artdı

Aİ 92 benzin bahalaşdı

Azərbaycanda “Aİ-95” markalı benzinin qiyməti ucuzlaşacaq

Azərbaycanda bir sıra sahələrdə qiymətlər tənzimlənib

5,5 milyardlıq layihə - Dünyanın ən böyük əyləncə şəhəri TİKİLİR

Vatsapda daha bir yenilik

Lizinq müqaviləsinə vaxtından əvvəl xitam verildikdə vergitutma məsələləri necə tənzimlənir?

Çimərliklərdə gözlənilən hava şəraiti açıqlanıb

Goranboyda bu il 4,4 ton barama istehsalı gözlənilir

“Togg” Türkiyənin ən böyük şirkətlərindən birinə çevrildi –RƏQƏMLƏR

Boşanmadan sonra qızıl-ziynət əşyaları kimdə qalmalıdır?

Bu məhsulun xaricə satışından əldə olunan gəlir 8 milyon dollardan çox azalıb – Rəqəmlər

Azərbaycan qaz sayğaclarını hansı ölkədən və neçəyə alır? - Siyahı

Azərbaycanda ilk dəfə Elektrik Avtomobillərin Festivalı keçirilir

Ötən il 700-dən çox tələbə təhsil müəssisələrindən xaric edilib

Hansı işçilərə sınaq müddəti təyin edilə bilməz?

Ölkədə polad tökmə istehsalı 40 faizədək artıb

Bu ölkədə “iPhone” satışı qadağan oluna bilər

İlk geyim və iynə harada icad edilib?

Bakıda əmək haqqı 40 manat artıb - Rəsmi

Bəzi şəxslərin pensiyasına əlavələr yeni qaydada hesablanacaq

“WhatsApp” 45 telefonda fəaliyyətini dayandıracaq – SİYAHI

PSJ ona 250 milyon avro təklif etdi

Azərbaycanda bu kənddən sakinlərin təxliyəsinə başlanıldı

Brüssel Misirə ilk milyardı ayırdı: 40 milyardlıq investisiya sazişləri imzalandı

Genefondumuzu təhdid edən təhlükə

Bakının mərkəzindəki eskalatorların bəxti nə vaxt açılacaq? (VİDEO)

Qanun pozuntusu, yoxsa müştəriyə dəstək?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin