BAKU Azərbaycan
26.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8459
  • 1 Rusiya rublu
    0.02
  • 1 Türkiyə lirəsi
    0.0513
  • 1 İngiltərə funt sterlinqi
    2.1868
49522

Vergi Məcəlləsinə görə, bəzi fəaliyyət növləri ilə fərdi qaydada, muzdlu işçi cəlb etmədən məşğul olan fiziki şəxslər həmin fəaliyyəti həyata keçirməyə başlayanadək İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən “Sadələşdirilmis vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sıgorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” almalıdırlar. Könüllü olaraq əldə edilən bu qəbzlər növbəti ay, rüb, yarımil və ya il üçün əldə edilir.

Belə kateqoriyaya aid sahələrdən biri də kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin fəaliyyətidir. Bu şəxslər “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə etməklə öhdəliklərini yerinə yetirirlər. Bir sıra hallarda onların bütün ailə üzvləri üzrə məcburi dövlət sosial sığorta haqları ödənilmədən “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz”in əldə olunması üçün xidmət mərkəzlərinə müraciət etməsi hallarına rast gəlinir. Bu isə vergi qanunvericiliyinə ziddir.

“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlər istisna olmaqla, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin və ailə kəndli təsərrüfatlarının əmək qabiliyyətli ailə üzvlərinin hər biri üçün məcburi dövlət sosial sığorta haqqı ödənilməlidir. Burada məbləğ torpağın sahəsindən asılı olaraq minimum aylıq əməkhaqqının (345 manat) qanunvericilikdə göstərilən dərəcələri üzrə hesablanır.

Fərz edək ki, Şamaxı rayonunda vətəndaşın mülkiyyətində 2,5 hektar kənd təsərrüfatına yararlı torpaq mövcuddur. Torpaq mülkiyyətçisinin əmək qabiliyyətli ailə üzvlərinin sayı isə özündən savayı 2 nəfərdir. Bu halda, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, torpağın sahəsi 2,5 hektar olduğu üçün bu torpaq sahəsi 1-ci kateqoriyaya şamil olunacaq (5 hektaradək). Bu halda torpaq mülkiyyətçisi özü və əmək qabiliyyətli ailə üzvləri üçün minimum əmək haqqının 2 faizi miqdarında ödəniş etməsi tələb olunacaq. Yəni hər bir şəxs üçün 6,9 manat (345*2%=6,9) ödənilməsi tələb olunur. Yekunda isə 20,7 manat ödənilməsi zəruridir (6,9*3 (3 - ödəniş tələb olunan şəxslərin ümumi sayı)).

Torpaq sahəsinin ölçüsünə görə tətbiq olunan müvafiq dərəcələr aşağıdakı kimidir:

kənd təsərrüfatına yararlı torpaq sahəsi 5 hektaradək olduqda – əmək qabiliyyətli ailə üzvlərinin hər biri üçün minimum əməkhaqqının 2%-i miqdarında;

kənd təsərrüfatına yararlı torpaq sahəsi 5 hektardan 10 hektaradək olduqda – əmək qabiliyyətli ailə üzvlərinin hər biri üçün minimum əməkhaqqının 6%-i miqdarında;

kənd təsərrüfatına yararlı torpaq sahəsi 10 hektardan yuxarı olduqda – əmək qabiliyyətli ailə üzvlərinin hər biri üçün minimum əməkhaqqının 10%-i miqdarında.

Ödəniş edildikdən sonra yararlı torpaqları istifadə edən fiziki şəxslər və ailə kəndli təsərrüfatlarının başçıları tərəfindən “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə olunmalıdır.

Əmək qabiliyyətli şəxslər dedikdə, orqanizmin funksiyalarının 61-100 %-inin pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər və 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, 15 yaşından pensiya yaşına qədər olan şəxslər nəzərdə tutulur və onlar üçün ödənişin edilməsi zəruridir.

Qanunvericilikdə bu öhdəlikdən azad edilmiş müəyyən kateqoriyaya aid şəxslərlə bağlı müddəalar var. Həmin şəxslər yalnız digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlər, orqanizmin funksiyalarının 61-100%-inin pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər və 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, 15 yaşından “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinədək olan şəxslərdir. Sadalanan şəxslər bu ödənişdən azaddırlar. Digər hallarda isə kənd təsərrüfatına yararlı torpaqların istifadəçisi olan fiziki şəxslərin digər bütün ailə üzvləri üçün məcburi dövlət sosial sığorta haqqının ödənilməsi zəruridir. Bu ödənişlər ödəniş edilmiş şəxs üçün pensiya kapitalının formalaşmasında mühüm rol oynayır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Aİ Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya 1,5 milyard avroluq ilk tranş ayırıb

Azərbaycanın strateji valyuta ehtiyatları bu il 74 mlrd. dollara çatacaq

Macarıstan və Slovakiya Avropa Komissiyasına birgə müraciət etdilər

Dünyanın ən varlı 1%-i son 10 ildə sərvətini 42 trilyon dollar artırıb

Ali Məhkəmə 3 milyonluq texnoloji avandanlıq alır

Bir sıra Çin bankları Rusiyadan gələn yuanla işləməkdən imtina edir – Çirk izi...

Ukraynanın dövlət borcu 1 milyard artdı, 152 milyard dollar oldu

Beyin implantı olan insanlar smartfon və planşetləri idarə edə biləcək

Tramp prezident seçilərsə, ABŞ Ukraynaya 500 mlrd. dollar yardım edəcək

Tramp prezident seçilərsə, ABŞ Ukraynaya 500 mlrd. dollar yardım edəcək

ABŞ-ın maliyyə sanksiyalarından təsirlənən ölkələrin payı açıqlandı

"Apple" Çin smartfon bazarında ilk beşlikdən çıxıb

"Avromed" 2 milyonluq tenderin qalibi oldu

Yomiuri: Yaponiya ABŞ-a tədarük üçün PAC-3 raketlərinin istehsalını gücləndirir

2027-ci ildə "Brent" nefti neçəyə olacaq? - PROQNOZ

İki şirkət arasında alqı-satqı mübahisəsi

"Körpü Tunel Tikinti" məhkəmə qarşısında

Təsadüfən işə götürülən haker şirkətin sistemini virusa yoluxdurub

Məşhur mebel şirkəti gömrük qaydalarını pozub?

Hollandiya Rusiya qazının idxalının artmasından şikayətləndi

İş axtaran zaman diqqət edilməli nüanslar

493 min vergi borcu yazılan şirkət məhkəməyə üz tutdu

Daha tez inkişaf edən biznes ideyaları - Çərəz dükanları, quru təmizləmə...

Bakı-Sumqayıt yolunun bir hissəsi çökdü

Qarabağ Universitetinin İqtisadiyyat fakültəsinə dekan təyin olunub

Naxçıvanda indiyə qədər sahibkarlar 3 milyon manatdan çox güzəştli kredit alıb

Türkiyə Azərbaycan və İran vasitəsilə 2 milyard kubmetr türkmən qazı alacaq

84 min manata yaxın gecikdirilmiş sosial xarakterli ödəniş edilib

Azərbaycanla Türkiyə arasında miqrasiya sahəsində əməkdaşlığa dair Saziş təsdiqlənib

Bakının bu küçəsində kirayə qiymətləri 6 min manata çatır

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin